BolgeXeber.Com » Bölgə » Oğuzda sel fəlakəti köçkünləri ayağa qaldırdı

Oğuzda sel fəlakəti köçkünləri ayağa qaldırdı

3-07-2013, 13:35
Oxunub: 5 805 Onlar Şəki-Oğuz-Bakı yolunu bağladılar, əraziyə polis çağırıldı
Oğuz rayonunda məskunlaşan məcburi köçkünlər iyulun 3-də səhər saat 10 radələrində Şəki-Oğuz-Bakı yolunu bağlayıblar. Xəbər verdiyimiz kimi, iyunun 1-dən 2-nə keçən gecə Oğuz rayonunu sel basıb. Sel nəticəsində rayon mərkəzində bir körpü uçub, zirzəmidə yerləşən obyektləri su basıb. Əsas fəsadlar isə rayonda məcburi köçkünlərin məskunlaşdığı «Azərbaycan- 60» adlanan şəhərcikdə və Bucaq kənində baş verib.
”Azadlıq” radiosunun məlumatına görə, məcburi köçkünlərin məskunlaşdığı evlərə təxminən 60-70 sm hündürlüyündə su yığılıb. Vəziyyətin gərgin olduğunu və aiddiyyatı qurumların buna biganə yanaşdığını bildirən köçkünlər çıxış yolunu Şəki-Oğuz-Bakı yolunu bağlamaqda görüblər. Dərhal hadisə yerinə gələn Rayon İcra Hakimiyyəti nümayəndələrinin təkidləri və vədləri nəticəsində yol nəqliyyatın hərəkəti üçün açılıb.
Sel nəticəsində bir çox insan gecəni açıq havada keçirib.
Yerli sakinlər bildirirlər ki, xeyli sayda bostan sahəsi və 20 hektardan çox taxıl zəmisi yararsız hala düşüb. Sel zamanı bir sıra avtomobil də selin qurbanına çevrilib.
Məcburi köçkünlər vəziyyətin dəyişməyəcəyi təqdirdə yolu yenidən bağlayacaqlarını bildiriblər.
Əraziyə polis qüvvələri gətirilib.