BolgeXeber.Com » Bölgə » Sumqayıt İcra Hakimiyyətinin Heydər Parkında sumqayıtlılara qarşı sayğısızlığı-Foto
Sumqayıt İcra Hakimiyyətinin Heydər Parkında sumqayıtlılara qarşı sayğısızlığı-Foto
3-07-2013, 14:50
Oxunub: 6 807
Bildiyiniz kimi Sumqayıtın icra hakimi Eldar Əzizov çıxışlarında bir-neçə dəfə bildirib ki,Gənclik şəhərini kreativ şəhərə çevirmək niyyətindədir. Bu məqsədlə o, hətta şəhərin üç yerində küçədə şahmat lövhəsi düzəltdirib, Heydər Parkında bir neçə tiklini kreativ üslübda inşa elətdirib.Ancaq adıçəkilən parkın yarısı artıq 2 il keçməsinə baxmayaraq hələ də təmir edilməyib, şahmat lövhələrinin də birində (1-ci məhəllə ilə 2-ci məhəllə arasındakı) fiqurlar artıq pis gündədir, Heydər Parkındakında isə fiqurları ümumiyyətlə üzə çıxartmırlar.Maraqlıdır ki, sakinlərin bildirdiyinə görə polislər parka gələnlərə həmişə bağlı olan, parkdakı Heydər Əliyev mərkəzinin yan-yörəsində oturmağa icazə vermirlər.Bu yaxınlarda əməkdaşımızın Heydər Parkında gördüyü neqativ mənzərə isə lap təəcüb doğurucudur.
Məlum olub ki, adıçəkilən parkın girəcəyində ucalan tikilidəki saat səhv işləyir. Belə ki, əməkdaşımızın orda olduğu müddətdə həmin saat 45 dəqiqə geri qalırdı.Parka istirahət etməyə gələn sumqayıtlıların Bolgexeber.com-un əməkdaşına bildirdiyinə görə 1 ildən çoxdur ki, quraşdırılan saat istifadəyə verilən gündən səhv işləyir; gah xeyli geri qalır, gah da irəli gedir. Sual olunur,görəsən , çox güman ki, külli miqdarda dövlət büdcəsi hesabına başa gələn (Hələ “qurdalasan” burda nə qədər yeyinti faktı üzə çıxar...)saatı icra hakimiyyəti nə səbəbdən düzəltdirmir. Əlbəttə, əgər saat 1-2 dəqiqə səhv işləsəydi bunu o qədər böyük “günah” saymazdıq. Ancaq bildiyimizə görə ümumiyyətlə saat harasa ona görə qoyulur ki, vətəndaşlar ondan istifadə etsinlər. Bu baxımdan xarab saat sakinlərin nəyinə lazımdır?! Əslində bu heç də xırda məsələ deyil, icra hakimiyyətinin sakinlərə olan laqeyd münasibətinin göstəricisidir. Bunu həm sumqayıtlılara , həm də,parkın adını daşıdığı mərhum prezidentə qarşı sayğısızlıq kimi də qiymətləndirmək olar. Bundan başqa şəhərə gələn qonaqlar belə halı görüb inanmıram ki, Sumqayıt haqda yaxşı şey düşünərlər. Görəsən mer özünə qol saatı seçməli olsaydı xarab saatı gəzdirməyə razı olardımı? Əlbəttə ki, yox.
Elə isə icra başçısı, niyə özünə rəva bilməyəni sumqayıtlılara rəva görür?! Biz görmüşük ki, adətən bütün dünyada bu tipli, qüllədəki saatlar şəhərdə ən dəqiq işləyən saatlar olur. Ancaq Sumqayıtda, gördüyünüz kimi bütün dünyanın əksinə olaraq şəhərin ən əsas, ən dəqiq saatı sayıla biləcək saatı, ən səhv işləyəndir. Biz belə başa düşürük ki, ya bu saat təcili təmir olunmalıdır, ya da üstü bağlanmalıdır ki, işləməməsi bilinsin . Hər halda saatı düzəltmək üçün vəsait və mütəxəssis tapmaq icra hakimiyyəti üçün elə də çətin iş deyil.Ancaq bir tərəfdən buna təəcüblənməyə də dəyməz, çünki saat da ola bilsin elə " icra hakimiyyəti" kimi səhv işləyir.
Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.
Mövzunu diqqətdə saxlayacayıq.
P.S.Sahibkarların “evini yıxmaq” deyil ki...

Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər