Tovuzda həkimlər Səməndər Əsədovu necə öldürdü?
3-07-2013, 15:35
Oxunub: 5 370
Bu günlərdə baş verən faciəli hadisənin əslində Azərbaycanda baş verəcəyinə heç kəs inanmayacaq. Ən azından ona görə ki, bu gün ölkədə səhiyyənin inkişafı ilə bağlı fikirlər səsləndirilir, müasir avadnlıqlarla təhciz olunduğu bildirilir. Amma Tovuz rayon Mərkəzi Xəstəxanasında 37 yaşlı Səməndər Əsədovun öldürülməsi deyilənləri alt-üst edir.
Belə ki, qolunda kəsik yarası alan Səməndər Əsədov 12 yaşlı oğulu ilə birlikdə maşınla xəstəxanaya çatır. Amma qan itkisinə görə xəstəxananın pilləkənlərində dayanır və oğlu həkimləri çağırır. Öncə xəstəyə kömək etməyi düşünən növbətçi həkimlər sonra bildirirlər ki, polisə xəbər vermədən heç bir şey edə bilməyəcəklər. Beləcə 20 dəqiqədən çox yaralı uzanaqlı vəziyyətdə qalsa da ilkin yardım göstərilmir. Nəhayət, əsas növbətçi həkim gəlir. Kamal Abbasov adlı həkim içkili halda xəstəyə baxır və “artıq gecdir” deyə rəyini bildirir. Beləcə Tovuz rayon Mərkəzi Xəstəxanasındakı həkimlərin səhlənkarlığı səbəbindən 37 yaşlı Səməndər Əsədov dünyasını dəyişir. Məsələyə münasibətini bildirən mərhumun qardaşı Kamandar Əsədov bildirdi ki, hələ də həkimlərin nədən belə etməklərinin səbəbini anlaya bilmir. Həmçinin o prezident İlham Əliyevə, baş prokuror Zakir Qaralova və səhiyyə naziri Oqtay Şirəliyevə müraciət edərək günahkarların cəzalandırılmasını istədi.
Biləyindəki kəsik səbəbindən qanaxmadan Səməndər Əsədovun dünyasını dəyişməsinə mütəxəssislər də reaksiya verib. Bildirilir ki, belə kəsik nəticəsində insanın ölməsi sadəcə faciədir. Çünki bu cür yaralar olanda hətta tibbi imkanlar belə olmayanda qoltuqaltı nahiyyədən damarı sıxmaqla bir gün belə xəstəni qorumaq mümkün idi. Görünür Tovuz rayon Mərkəzi Xəstəxanasının həkimləri, o cümlədən iş vaxtı içkili olan Kamal Abbasov elementar prosesi belə bilmir, ya da başqa maraqlar səbəbindən xəstə çarpayıda həkimlərdən yardım istəyə-istəyə dünyasını dəyişir
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər