Bakıda və Sumqayıtda dövlət uşaq bağçalarına qəbul 150-350 manatdır
6-07-2013, 15:25
Oxunub: 7 137
Müdirələr bu pulu əldən buraxmamaq üçün qəbulun dayandırıldığını elan edirlər
Bakı və Sumqayıtda fəaliyyət göstərən uşaq bağçalarına uşaq qəbulu dayandırılıb. Bu barədə bağça binalarının qarşısında elan vurulub. Məqsəd bağça müdirələrinin qazanc planlarıdır. Onlar “yer yoxdur, qəbul dayanıb” bəhanəsi ilə valideynlərdən pul almağa çalışır. Bu məlumat virtualaz.org-a analoji problemlə üzləşən bir qrup valideyn tərəfindən verilib.
Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsinin sakini Xuraman İsmayılova virtualaz.org saytına bildirib ki, Xətai, Nizami və Suraxanı rayonları ərazisindəki bütün uşaq bağçalarına müraciət edib, lakin yer olmadığını bəhanə edərək uşağı müəssisəyə qəbul etməyiblər: “Digər valideynlərdən öyrənmişəm ki, uşaq qəbuluna görə 150 manatdan 350 manatadək pul istənilir”.
Sumqayıtlı gənc fəal Elçin Həsənov isə yaşadığı şəhərdə uşaq bağçalarına qəbul məsələsinin çətinləşdiyini deyir: “Bağçaların qarşısına uşaq qəbulunun dayandırılması ilə bağlı elan yapışdırılıb, amma imkanlı valideynlər bağçaya uşaq qəbul etdirə bilirlər. Qardaşım oğlunu bağçaya götürmək üçün məndən 150 manat pul istənildi. Vermədiyim üçün uşağı bağçaya götürmədilər”.
E.Həsənov deyir ki, Sumqayıtda yerləşən 44 saylı “Göyərçin” uşaq bağçasına isə uşaq qəbulu ali məktəblərə qəbuldan da çətindir: “Çünki bağçanın müdirəsi təhsil nazirinin müavinlərindən birinin qızıdır”.
Bakı Şəhər İcra Hakimiyyətindən isə deyiblər ki, bağçalarda normativ qaydalar var. Körpələr qrupuna 16-18-dən artıq uşaq qəbul etmək olmaz. Böyük qrupdakı uşaqların sayı da 20-22-dən çox olmamalıdır. Amma bağçalar Təhsil Nazirliyinin tabeliyində olarkən hər qrupda 35-40-a yaxın uşaq olub. Bu da müəllimlərin işini çətinləşdirməklə yanaşı uşaqlarla fərdi məşğul olmağa maneçilik yaradıb.
Azərbaycan Uşaq Fondu Bakı şəhər şöbəsinin rəhbəri Teymur Rza da bağçalara uşaq qəbulunun çətinləşdirildiyini deyib: “Bağçaların bir qismində məcburi köçkünlər yerləşib. Digər problem isə bağçaların özəlləşdirilməyə açılması olub. Onlarla bağça özəlləşdirilib. Özəlləşdirmənin şərtlərinə görə, şəxsi mülkə çevrilən tikililər ilk 3 il profilinə uyğun fəaliyyət göstərməli idi. Lakin sahibkarlar bu tələblərə əməl etmədilər. Bakıda və Sumqayıtdakı bağçalar arasında təmirə ehtiyacı olanlar da çoxdur. Buna görə də hazırda fəaliyyətdə olan bağçalar uşaqların tələbatını ödəyə bilmir. Bu isə rüşvət faktorunun yaranmasına səbəb olur. Problemlərdən biri də bağçaya uşaq qəbulunun şəffaf aparılmamasıdır. Əksər ölkələrdə bu iş normal tənzimlənir, valideynlər öncədən növbəyə dayanaraq uşaqlarını bağçaya qoyurlar”.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər