Şəmkir polisində işgəncə qalmaqalı-Foto
9-07-2013, 11:40
Oxunub: 4 735
3 yaşlı qadın şərlənərək tutulan oğluna əzab verildiyini bildirib prezidentdən kömək istəyir
Olayda adı hallanan polis zabti özünə qarşı ittihamların sübut olunmadığını deyir
Şəmkir rayonunun Çinarlı qəsəbəsinin sakini Abdullayeva Fatma Əziz qızı tərəfindən redaksiyamıza müraciət daxil olub. 83 yaşlı ağbirçək qadın oğlunun həbsini qanunsuz sayır və bununla bağlı ölkə başçısına, müvafiq qurumlara göndərdiyi şikayətlərin cavabsız qaldığını bildirir.
"Ancaq bu laqeydlilik məni 83 yaşlı xəstə və qoca ağbirçək ananı yormayıb. Çünki mən günahsız oğlumun işində ədalətin qələbə çalmasınadək müraciətlər edəcəyəm. Buna görə də mətbuata üz tutdum ki, bəlkə şikayət ərizələrini şəxsən oxumayan prezident İlham Əliyev müraciətimi oxuyub bizə kömək etdi.
Cənab prezident!
Mənim övladım Abdullayev Bayram Oruc oğlu Ağır Cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 16.09.2008 - ci il tarixli hökmü ilə, C.M -nin 120.2 -ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirli bilinib, 13 il müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilib. Bütün məhkəmə instansiyalarına şikayət etsək də , qanunsuz hökm qüvvədə saxlanılıb.
İttiham budur ki, 31.01.2006 -cı il tarixdə Çinarlı qəsəbəsi sakini İbniyamin Yunusov öz həyətində gecə saatlarında qətlə yetirilir. Həmin vaxt qətl hadisəsini törədən bir nəfər naməlum şəxsi mərhumun həyat yoldaşı görsə də, tanıya bilmir. Ağır cinayət hadisəsinin üstünün açılması üçün səriştəniz olan Şəmkir RPŞ-nin və propurorluğun əməkdaşları çıxış yolunu şərləmə əməliyyatında görüb, qəsəbə sakini Sabir Abbasovu həbs edirlər. Şəmkir RPŞ -də ona ağır, dözülməz işgəncələr verib, qətl hadisəsi yerindən tapılmış papağı zorla başına geyindirib saxta sübutlarla törətmədiyi cinayəti onun boynuna qoyurlar. Yenə də çətinlik yaranır. Çünki mərhumun həyat yoldaşı qətldə 1 nəfərin də iştirak etdiyini göstərmişdi. Buna görə də 2-ci şəxs- həbsə alınıb. Sabirlə əlaqəsi olan Bayramı 1 ildən sonra həbs edirlər. Qətlin səbəbi kimi onu uydurdular ki, guya Sabirin keçmiş həyat yoldaşı Sevda Abbasova ilə qətlə yetirilmiş İbniyamin Yunusovun intim əlaqədə olmasına görə onu mənim oğlumla əlbir olub qətlə yetirmişdilər. Bildirirəm ki, Şəmkir RPŞ-də hətta Sabirə butulka ilə də işgəncə veriblər. Ancaq mərhumun həyat yoldaşı Sevda Abbasova qətlə yetirilmiş şəxsi tanımadığını, onunla heç bir əlaqəsinin olmadığını, bunun müstəntiqin vicdansızlığı olması barədə notarial qaydada təsdiq edilmiş ərizələrlə müraciətlər etsə də, bütün bunlara hüquqi qiymət verilməmişdir. Ədalətsiz, qanunsuz hökm çıxarılmışdır»- deyən şikayətçi qeyd edir ki, oğlu həbs olunduqdan sonra həmin vaxt Şəmkir RPŞ-nin rəis müavini işləmiş İmaməddin adlı polis zabiti artıq məhkum olunub Qobustan həbsxanasında cəza çəkən Sabir Abbasovla hər gün telefon əlaqəsi yaradaraq, əvvəlcə hədə-qorxu gəlib, sonradan isə telefonuna kontur yükləyib, tez tez ona sovqat, pul göndərib ki, axıradək məhkəmələrdə ittihama uyğun olaraq Bayramın əleyhinə ifadə versin. "Artıq həmin telefonun sahibi olan, Arzu Orucov adlı məhkum 12 saylı Cəzaçəkmə Müəssisəsində bunlara etiraf edib. Bu cinayət əməli barədə ərazi üzrə prokurorun böyük köməkçisi Əliabbas Qədirov araşdırma aparır" - deyə müraciətdə vurğulanır.
"Göydə Allah yerdə insanlara ümidi qalmış qoca, xəstə, ağbirçək anaya kömək edin. Bu haqsızlığa son qoyilsun. Bütün faktlar araşdırılsın. Əsl qatilləri tapılsın" - deyən 83 yaşlı ağbirçək qadın sonda prezident İlham Əliyevdən ədalətin bərpa olunması üçün kömək istəyir.
Müraciətdə barəsində qeyd edilən fikirlərə münasibət öyrənmək üçün İmaməddin Namazovla əlaqə saxladıq. Polis zabiti "Bizim Yol"a bildirdi ki, sözügedən hadisə baş verən zaman Şəmkir Rayon Polis Şöbəsində əməliyyat işləri üzrə müavin vəzifəsində işləyib. "Qətl hadisəsi ilə bağlı cinayət işi açılıb və istintaqda Yunusovu Sabir Abbasov və Bayram Abdullayevin öldürməsi sübuta yetirilib. Ağır Cinayətlər Məhkəməsi də onlar barəsində hökm çıxarıb". Polis zabiti qeyd etdi ki, Bayram Abdullayevin qohumları onun hansısa qanunsuz hərəkətlərə yol verməsi ilə bağlı rəsmi qurumlara müraciət edib. "Müraciətlə əlaqədar Qaradağ və Şəmkir prokurorluqlarında müvafiq araşdırma aparılıb və mənim hansısa qanunsuz hərəkətə yol verməyim aşkarlanmayıb. İndi üstündən xeyli müddət keçəndən sonra nə istəyirlər, bilmirəm" - deyə İ.Namazov vurğuladı.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər