BolgeXeber.Com » Bölgə » Salyan rayonunda “Xocalı soyqırımının” iyirmi doqquzuncu ildönümü ilə əlaqədar tədbir keçirilmişdir

Salyan rayonunda “Xocalı soyqırımının” iyirmi doqquzuncu ildönümü ilə əlaqədar tədbir keçirilmişdir

27-02-2021, 12:00
Oxunub: 4 724 26 fevral 2021-ci il tarixində Salyan rayonunda faciənin iyirmi doqquzuncu ildönümü ilə əlaqədar tədbir keçirilmişdir. Anım tədbirinin iştirakçıları Koronavirus (COVİD-19) pandemiyasını nəzərə alaraq “Şəhidlər” xatirə kompleksini ziyarət etmiş, önünə gül-çiçək dəstələri düzmüş və Azərbaycanın ərazi bütövlüyü uğrunda, o cümlədən Xocalıda şəhid olan həmvətənlərimizin unudulmaz xatirəsi qarşısında ehtiramla baş əymişlər. Anım mərasimində “Xocalı faciəsi” qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, şəhidlərin ruhuna dualar oxunmuşdur.