BolgeXeber.Com » Bölgə » Prezident Sabirabada pul ayırdı

Prezident Sabirabada pul ayırdı

12-07-2013, 18:05
Oxunub: 5 954 Prezident İlham Əliyev Sabirabad rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Bolgexeber.com xəbər verir ki, sərəncamda qeyd olunur ki, iyirmi iki min nəfər əhalinin yaşadığı 12 yaşayış məntəqəsini birləşdirən Nizami-Əliləmbəyli-Azadkənd-Sarxanbəyli avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə kəndlərarası avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin ilkin olaraq 6,0 (altı) milyon manatı Sabirabad Rayon İcra Hakimiyyətinə ayrılsın.
Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etsin.
Həmçinin Maliyyə Nazirliyinə tapşırılır ki, nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin.