Eldar Əzizov məktəb direktorlarına qadağa qoyub
13-07-2013, 10:45
Oxunub: 4 285
Seçki ilə bağlı təhsil işçilərinin məzuniyyəti yarıbayarı azaldılıb
Oktyabr seçkilərində Məntəqə Seçki Komissiyalarına məktəb direktorları sədrlik edəcək. Artıq Sumqayıt şəhərində bu proses sürətlənib. Bütün məktəblərin direktorları öz məktəblərində yerləşən komissiyaların sədri vəzifəsinə təyin olunurlar. Əgər bir məktəbdə iki komissiya fəaliyyət göstərirsə, məktəbin müavini komissiyaya sədr təyin olunur. Halbuki, qanunvericiliyə görə məktəb direktorları komissiya sədrləri ola bilməz. İkinci, məntəqə komissiyasının sədrləri həmin ərazidə yaşamalıdır.
Yaranmış durumla bağlı bizim yolu məlumatlandıran adının çəkilməsini istəməyən təhsil işçisi təəssüflənir ki, Sumqayıtda qanunun deyilən tələbinə əməl edilmir. Müsahibimiz narazılıqda bildirirdi ki, hazırda məktəblərin təhsillə bağlı problemləri kənarda qaldığı halda, onlar daha çox məntəqə komissiyasının işlərinə cəlb olunublar. İcra hakimiyyətinin başçısı Eldar Əzizovun göstərişi direktorların məzuniyyətə çıxmalarına əngəl yaradıb. Çünki Əmək Məcəlləsinin 118-ci maddəsində orta məktəblərdə pedaqoji işdə çalışanlara 56 gün məzuniyyət verilməsi göstərildiyi halda, Sumqayıtda bu tələbə əməl olunmur. İcra hakimiyyətinin tapşırığına əsasən məktəb direktorları və bağça müdirləri iyulun 1-dən 31-nə qədər məzuniyyətdə ola bilərlər. Qalan 25 günü isə ilin başqa fəsilləri üçün saxlamalıdır. Məktəb direktorları bir neçə dəfə şəhər Təhsil Şöbəsinin rəhbərliyinə “harada görünüb ki, 56 günlük məzuniyyəti iki hissəyə bölüb müxtəlif vaxtlarda götürəsən” sualıyla müraciət etsələr də, heç bir reaksiya almayıblar.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər