Salyanda 31 mart soyqırımı qurbanlarının xatirəsi anılıb
31-03-2021, 11:55
Oxunub: 4 657
Bu gün erməni daşnaklarının bolşeviklərlə birgə azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımının ildönümüdür. xatırladır ki, azərbaycanlılara qarşı törədilən soyqırımdan 103 il ötür.
Respublikanın bütün bölgələrində olduğu kimi, 31 mart soyqırımı qurbanlarının xatirəsi Salyanda da anılmışdır.
Belə ki, Salyan Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov və rayonun rəhbər şəxləri bu gün “31 Mart soyqırım qurbanlarının xatirəsinə ucaldılmış abidə-kompleksi”ni ziyarət edib, abidənin önünə tər qərənfillər düzüblər.
Xatırladaq ki, 1918-ci il 30 mart və 3 aprel tarixləri arasında Bakıda dinc əhaliyə olmazın divan tutan erməni daşnakları çırkin əməllərini Bakı ətrafı ərazilərdə də davam etdirmiş, dəniz yolu ilə Kür çayının mənsəbinə qədər gəlib çıxan erməni-bolşevik quldur dəstələri o vaxtkı Salyan qəzasında, indiki Salyan və Neftçala rayonlarının ərazisində də insan ağlına sığmayan soyqırım törətmişlər.
Rəsmi mənbələrə əsasən, soyqırımı nəticəsində 12 minə yaxın azərbaycanlı qətlə yetirilib, on minlərlə insan itkin düşüb.
Azərbaycan Prezidenti Heydər Əliyevin 26 mart 1998-ci il tarixli Sərəncamı ilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur.
Üç gün davam edən qırğın zamanı erməni silahlıları bolşeviklərin köməyi ilə azərbaycanlıların yaşadıqları məhəllələrə qəflətən basqınlar etmiş, əhalini uşaqdan böyüyədək qətlə yetirmişdir.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər