İcra Hakimiyyətində əlbəyaxa dava baş verib
15-05-2011, 16:00
Oxunub: 6 798

Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı bibisi oğlu ilə dava edib
Ağcabədi rayon İcra Hakimiyyətinin binasında insident baş verib. Bu barədə Bo0lgexeber.com-a insidentin şahidləri məlumat veriblər. Bildirilir ki, dünən rayonun icra başçısı Şahin Məmmədovun qəbul günü olub və bir sıra rayon sakini ilə bərabər başçının bibisi oğlu İsa Abbasov da qəbula gəlib. Məlumatı verən şəxs bildirir ki, icra başçısı qəbul otağına gələrək acıqla bibisi oğlundan nə üçün onun qəbuluna gəldiyini soruşub. İ. Abbasov isə cavabında bildirib ki, neçə dəfə evinə gedib, amma onunla görüşə bilməyib, telefonlarına cavab vermir, buna görə də camaat kimi qəbula gəlib. Bunun ardınca isə o deyib ki, 6 aydır söz verdiyi insanlar onu narahat edirlər. İ. Abbasov Ş. Məmmədova bildirib ki, bir neçə şəxsdən pul alaraq onların işlə təmin olunması üçün həmin pulu başçıya çatdırıb. Amma bu müddətdə vədə əməl olunmayıb. İ. Abbasov Ş. Məmmədovdan tələb edib ki, ya onları işlə təmin etsin, ya da pullarını qaytarsın. Hadisənin şahidi deyir ki, onların arasında mübahisə yaranıb və bu əlbəyaxa davaya keçib. Qəbula gələn insanlar başçı ilə qohumunu ayıra bilmədiyi üçün polis cağırılıb.
Məlumata görə artıq hadisə ilə bağlı İ. Abbasov prezidentə müraciət edib. O, öz müraciətində icra başçısının korrupsiya ilə məşğul olduğunu vurğulayıb.
Məsələ ilə bağlı informasiyada adıçəkilən tərəflərin hər ikisinin mövqeyini yaymağa hazırıq.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər