İcra başçısının qardaşı oğlu həbs edildi
16-07-2013, 16:00
Oxunub: 4 563
Mingəçevir polisi avtoxuliqanlıq etdiyinə görə yüksək vəzifəli məmurun qohumunu saxlayaraq sənədlərini məhkəməyə təqdim edib.
Trend məlumat verir ki, dünən saat 23:20 radələrində Mingəçevirdə avtoxuliqanlıq edən şəxs yaxalanıb. Polisə tabe olmayan şəxs avtomobili ilə birgə polis şöbəsində gecələməli olub.
Mingəçevirin Səməd Vurğun küçəsi və meydanında avtoxuliqanlıqla məşğul olan, Migəçevir şəhər sakini Babayev Yadigar Şahvəli oğlu idarə etdiyi "99-BH-045" dövlət nömrə nişanlı "Nissan" markalı avtomobillə adıçəkilən küçədə şəhər sakinlərinin həyatına və asayişinə təhlükə yaradaraq, müxtəlif manevrlər edib və Dövlət Yol Polisi bölməsinin əməkdaşlarının əmrlərinə tabe olmayıb.
Əməliyyat heyətinin apardığı xüsusi tədbirlərdən sonra Yadigar Babayev avtomobili saxlamalı olub. Yüksək səslə danışan, polisə qarşı müqavimət göstərən Yadigar Babayev Mingəçevir Şəhər Polis Şöbəsinə gətirilib. Faktla bağlı tərtib edilən sənədlər baxılmaq üçün Mingəçevir Şəhər Məhkəməsinə təqdim edilib.
Qeyd edək ki, Azərbaycan Dövlət İqtisad Universitetinin builki məzunu olan Yadigar Babayev həm də Mingəçevir şəhərinin keçmiş icra başçısı, hazırda Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Lütvəli Babayevin qardaşı oğludur.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər