Göyçayda toy mərasimləri keçirənlər cərimələndi
12-04-2021, 11:05
Oxunub: 4 480
Göyçay Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları xüsusi karantin rejimi qaydalarına zidd olaraq, iki fərqli ünvanda toy mərasimi keçirildiyini müəyyən ediblər.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan Bolgexeber.com-a verilən məlumata görə, rayonun Potu kənd sakini Rüfət Yaqubovun yaşadığı evdə sanitar-gigiyena və karantin qaydalarının pozulması ilə müşahidə edilən toy məclisi təşkil etdiyi aşkarlanıb.
R.Yaqubov və mərasimi təşkil edənlər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokol tərtib olunub.
Rayonun Cəyirli və Bığır kəndlərində də Akif İbrahimxəlilov və Qiyas İbrahimova məxsus fərdi yaşayış evlərində toy mərasimlərinin keçirildiyi aşkarlanıb.
Polis əməkdaşları insanların kütləvi iştirakı ilə məclis təşkil edən ev sahibləri ilə izahedici söhbətlər aparıb və həmin şəxslər barəsində qanunvericiliyin tələblərin uyğun müvafiq tədbirlər görüblər.



Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər