Ənvər Seyidəliyev yaxın günlərdə vəzifəsini itirəcək?
17-07-2013, 11:45
Oxunub: 5 595
Səlim Müslümovun qohumu görəvdən alınır
Ənvər Seyidəliyevlə bağlı problem iqtidarın diqqətini cəlb edib. 2007-ci ildən Ağsu rayonuna rəhbərlik edən Ənvər Seyidəliyev yaxın günlərdə vəzifəsini itirəcək. Bu barədə xəbər verən hökumət içindəki mənbə iddia edir ki, Ənvər Seyidəliyevlə yanaşı daha 3 rayonda da icra başçısı dəyişikliyi planlaşdırılır.
Xatırladaq ki, Ənvər Seyidəliyev Dövlət Sosial Müdafiə Fondunun prezidenti Səlim Müslümovun qohumudur və Ağsuda son illərdə baş verən özbaşınalıqlardan dolayı baş qaldıran vətəndaş narazılıqları da məhz bu səbəbdən az qala «yuxarılar» tərəfindən qulaqardına vurulur.
Amma son xəbərdən aydın olur ki, Ağsunun növbəti Quba, İsmayıllı olmaması üçün, seçkiqabağı dönəmdə belə bir sürprizlə qarşılaşmamaları üçün hakimiyyət rayon əhalisinin əsəblərini kifayət qədər tarıma çəkmiş Ənvər Seyidəliyevlə yollarını ayırmağı qətiləşdirib.
Bildirək ki, Ənvər Qasım oğlu Seyidəliyev 1950-ci ildə Ağsu rayonunun Pirhəsənli kəndində anadan olmuşdur. Azərbaycanlıdır.
1975-ci ildə Azərbaycan Politexnik İnistitutunu bitirmişdir.
1975-1976-cı illərdə hərbi xidmətdə olmuşdur.
1977-1983-cü illərdə Ağsu rayonunda müxtəlif vəzifələrdə çalışmışdır.
1983-1985-ci illərdə Bakı Ali Partiya Məktəbinin dinləyicisi olmuşdur.
1985-1989-cu illərdə Ağsu rayon partiya komitəsində təlimatıçı vəzifəsində çalışmışdır.
1989-2003-cü illərdə Ağsu rayon Maddi-Texniki Təchizat və Mexanikləşdirmə İstehsalat Birliyinin müdiri vəzifəsində çalışmışdır.
2003-2007-ci illərdə Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-də idarə rəisi vəzifəsində işləmişdir.
18.12.2007-ci il tarixdə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Ağsu rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilmişdir.
Yeni Azərbaycan Partiyasının üzvüdür.
Ailəlidir, bir oğlu və iki nəvəsi var.
Dia.az
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər