Yardımlı Rayon İcra Hakimiyyəti əhali ilə görüşləri davam etdirir
17-07-2013, 17:05
Oxunub: 6 180
Bolgexeber.com bildirir ki,Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov bu günlərdə Yardımlı rayonunun Çayüzü kənd sovetliyinin sakinləri ilə görüşüb.Görüşdə icra başçısı ətraf kəndlərinə qaz çəkilişi məsələsinə toxunub, əhalinin şikayət və təkliflərini dinləyib. Tədbirdə kənd sakinləri,icra başçısından kəndin yolunun yenilənməsini xahiş ediblər və icra başçısı söz verib ki yaxın zamanlarda bu məsələ öz həllini tapacaq. Sonda icra başçısı Sevindik Hətəmov qeyd edib ki, artıq Yardımlının Deman kəndinə qədər magistral yoluna asfalt örtüyü çəkilib və yaxın gələcəkdə Çayüzü kəndi, həmçinin rayonun ucqar kəndləri belə qazla tam təmin olunacaq. Görüşdə kənd sakinləri quruculuq işlərinə görə ölkə başçısına və rayonun icra başçısına öz minnətdarlıqlarını bildiriblər. Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər