Samuxda Valeh Ələsgərovun qəsəbəsi batır
18-07-2013, 10:30
Oxunub: 4 573
Samux rayon Qaryeri qəsəbəsi ciddi soasil problemlər içində boğulur. Bu barədə qəsəbə sakinləri “Azadlıq”a bildiriblər. Onları iki problem daha ciddi narahat edir; elektrik xətlərinin təhlükəli vəziyyəti və susuzluq.
Qəsəbə sakini Namiq Mustafayev deyir ki, qəsəbədəki elektrik xətlər bir çox yerdə kobud, təhlükəsizlik qaydalarının pozulması ilə vətəndaşlar tərəfindən çəkilib. Buna isə nəzarət edilmədiyindən təhlükə mənbəyi olaraq qalır: “Xətlər meyvə ağaclarına dolaşıb. Bunun isə nə demək olduğunu hər kəs bilir, bir işıq idarəsindən başqa. Mənim özümü 3 dəfə ”tok" vurub, o dünyadan qayıtmışam".
Su təminatında yaranan problem isə subyektiv amillərə söykənir. Qəsəbə sakinləri deyir ki, bir hektar ərazinin suvarılması üçün qabaq 1 manat alırmışlarsa, indi “artezian idarəsi” 20 manat tələb edir. Ancaq bu da son deyil, bu qədər baha satılan su da ayrı-seçkiliklə verilir: “Idarənin Gülağa adlı rəhbəri var. O açıq-aşkar deyir ki, buranın ağası mənəm, atam 25 il ağa olub, mən də o qədər varam. 3-4 artezian quyusunun açarı onun qohumlarındadır. Onlar da öz böyük ərazilərin suvarırlar, bizim kimi 2-ci sort vətəndaşların isə təsərrüfatı susuz məhv olur”.
Qaryerilər deyir ki, üzləşdikləri çətinliklərlə bağlı dəfələrlə dövlət orqanlarına şikayət ediblər. Buna baxmayaraq onları dinləyən yoxdu: “Spikerin müavini Valeh Ələsgərov bu kənddəndir. O, deputata kimi bir işə yaramır, barı kəndinin qayğısına qalsın” qəsəbə sakinləri şikayətlənibl
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər