Hansı məmur 4 hektar torpağa 100 min verdi?
18-07-2013, 16:30
Oxunub: 5 160
Sakinlər bildirir ki, dəfələrlə ayrı-ayrı dövlət qurumlarına şikayət etsələr də, onların haqq səsini eşidən yoxdur
Bir müddət əvvəl redaksiyamıza bir qrup Şamaxı rayon sakini adından şikayət məktubu ünvanlanmışdı. Şikayətçilər yazdıqları məktublarında Şamaxı rayon Şəhriyar qəsəbəsinin bələdiyyə sədri Musa Musayevdən giley-güzar edirdilər.
Şikayətçilər yazırdı: «13 ildir Şəhriyar qəsəbə bələdiyyəsinə rəhbərlik edən Musa Musayev üçün müqəddəs olan tək şey yalnız puldur. Qəsəbənin sakinləri bir qıraqda qalıb, qəsəbəyə aid torpaqları 2007-ci ildən 2012-ci ilə qədər kənar kəndlərin sakinlərinə satıb. Və yerli sakinlər torpaqsız qalıb».
Sakinlər iddia edir ki, Musa Musayev bu yolla 98 nəfər kənar şəxsə qanunsuz olaraq torpaq satıb ki, bunun da nəticəsində külli miqdarda gəlir əldə edib: «Halbuki həmin kəndlərin özlərinin torpaq fondu var. Amma buna baxmayaraq bələdiyyə sədri Şəhriyar sakinlərinin haqqını və qanuni hüquqlarını pozub».
Sakinlər bildirir ki, dəfələrlə ayrı-ayrı dövlət qurumlarına şikayət etsələr də, onların haqq səsini eşidən yoxdur: «Yerli icra strukturları da bu adamla bacarmır. Hər halda, görünəni odur. Yeni icra başçısı da kənarda dayanıb. Yəqin Musa Musayev başçının «haqqını» verdiyindən, etdiyimiz şikayətlər qulaqardına vurulur».
Onu da bildirək ki, Şəhriyar qəsəbəsi sakinləri adından redaksiyamıza göndərilən müraciəti E.Osmanov, A.Atakişiyev və H.Məmmədova imzalayıb.
DİA.AZ-a rayondan daxil olan məlumatlarda bildirilir ki, Mussa Musayev yenə də torpaq alverini davam etdirir. Halbuki sakinlər bu barədə müraciət edəndə onlara «torpaq yoxdur» deyərək rədd cavabı verir. Sakinlərin sözlərinə görə, bu günlərdə Bakıdakı məmurlardan biri Şamaxı bələdiyyəsindən 4 hektar torpaq alıb və bunun müqabilində bələdiyyə sədrinə 100 min dollar pul ödəyib. Həmin məmurun Şamaxıda
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər