Tərtərin Xoruzlu kəndində yeni məktəb tikilir-FOTO
28-04-2021, 15:08
Oxunub: 4 440
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 03 iyun 2020-ci il tarixli, 2075 nömrəli Sərəncamına uyğun olaraq Tərtər rayonunun Xoruzlu kəndində 432 şagird yerlik tam orta məktəbinin tikintisinə başlanılıb. Bolgexeber.com bildirir ki,Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Xoruzlu kəndində məktəbin tikinti işləri ilə yerində tanış olub, müvafiq tövsiyələrini verib.
Artıq yeni məktəbin bünövrəsi tökülüb, izolasiya olunub, hazırda əksdoldurma və hörgü işləri aparılır.
Məktəbin həyətində hər birinin 150 kubmetr tutumu olan 2 ədəd su anbarının bünövrəsi də tökülüb. İndi isə 120 metr uzunluğunda məktəbin hasarının bünövrəsi tökülür.
Yeni məktəbin tikintisi müəllim və şagirdləri, valideynləri ürəkdən sevindirib. Onlar Respublika Prezidenti cənab İlham Əliyevə və Birinci Vitse-Prezident Mehriban xanım Əliyevaya kənd sakinlərinə, təhsilə göstərilən diqqət və qayğıya görə öz minnətdarlıqlarını bildiriblər.






Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər