BolgeXeber.Com » Bölgə » Bərdədə Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü geniş qeyd edilmişdi
Bərdədə Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü geniş qeyd edilmişdi
10-05-2021, 15:38
Oxunub: 4 424
Bərdə rayonunda müstəqil dövlətimizin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev, YAP rayon təşkilatı, idarə, müəssə rəhbərləri və partiya fəalları Ulu öndərin abidəsini ziyarət etmiş, abidənin önünə tər gül dəstələri düzmüşlər. Ulu öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sukutla yad edilmişdir. Sonra Heydər Əliyev Mərkəzində Ulu öndərin həyat və fəaliyyətini əks etdirən eksponatlara baxış keçirilmişdir. Burada Ulu öndərin geniş və çoxşaxəli dövlətçilik fəaliyyətini əks etdirən məlumatlar əsas yer tutmuş, ümummilli lider Heydər Əliyevin Azərbaycan dövlətinin müstəqilliyinin möhkəmlənməsində, əbədi və dönməz olmasında göstərdiyi tarixi xidmətlərindən, Yeni Azərbayan Partiyası ilə bağlılığından, bu gün Heydər Əliyev siyasətini uğurla davam etdirən möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın qüdrətli dövlətə çevrilməsindən, 44 günlük Vətən müharibəsində müzəffər ordumuzun qazandığı tarixi Qələbədən danışılmışdır. Burada Akademik Zərifə Əliyeva adına məktəbin şagirdləri Ulu ondərə həsr olunmuş kompozisiya ilə çıxış etmişlər.
Sonra Ulu öndər Heydər Əliyevin doğum günü münasibətilə Bərdə rayonunda ağacəkmə aksiyası keçirilmişdir. Bərdə rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayevin iştirak etdiyi aksiyada əsasən YAP Bərdə rayon təşkilatının fəalları, idarə-müəssisə rəhbərləri, rayonun fəal gəncləri, “ASAN Xidmət” əməkdaşlari, könüllülər olmaqla 150 nəfər iştirak etmişdir. Bərdə-Yevlax magistral yolunun kənarında yerləşən bu massivdə 700 ədəd müxtəlif növ agac əkilmişdir.
Bolgexeber.com













Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər