Saxta qəhrəman Ağstafada meydan sulayır
20-07-2013, 10:50
Oxunub: 5 122
Bir polis dəyənəyinə bülbül kimi ötən vaxtlari var idi bu adamın...
Redaksiyamıza daha bir şikayət məktubu daxil olub. Xatırladaq ki, 1-ci Qarabağ müharibəsi zamanı müxtəlif adda saxta qəhrəmanlar da peyda olunmuşdu ki, sonradan onların əsl kimlikləri tam ortaya çıxdı. Həmin şəxslərdən biri də özünü cəmiyyətə “Qazaxlı Alik” kimi tanıtdıran birisi idi. Sonradan bu adamın bir polis dəyənəyi qarşısında bülbül kimi ötdüyünü görüncə “Qazaxlı Alik” xarizmasının cəfəngiyyat olduğu məlum oldu.
İndi isə bu adam yenə də meydan sulayır. Bu dəfə isə sadə kəndliləri incitməklə ad qazanmağa çalışır. Ağstafa rayonu Dağkəsəmən kəndinin bir qrup sakini DİA.AZ-a müraciətlərində belə deyirlər.
Şikayətçilər bildirirlər ki, «Qazaxlı Alik» kimi tanınan Alik Muradov Dağkəsəmən kəndinin sakinlərinin torpaqlarını hasara alaraq özünükü elan edib. Torpaqları işğal etməsini Alik Muradov həmin torpaqların babasından qalma torpaqlar olması ilə əlaqələndirib. Bildirilir ki, üst-üstə bir hektar torpağı hasarlayan «Qazaxlı Alik»in bu özbaşanılıqlarına və ölkə konstitutsiyasında toxunulmaz elan olunan özəl mülkiyətə qəsd etməsinə rayonun əlaqədar dövlət qurumları susqunluqla cavab verirlər.
Şikayətçilər bildirirlər ki, əlaqələrindən istifadə edən Alik Muradov onları qanuni torpaqlarına yaxın buraxmır və hər kəsi polislə hədələyir. Qəribədir ki, şikayətçilərin pozulmuş hüquqlarını bərpa etməli olan Ağstafa rayon Polis şöbəsi də Alik Muradovun əlində alətə çevrilib. Polis torpaqları zəbt olunan şəxslərə təzyiqlər edir və şikayətçiləri suslurmağa çalışır.
Şikayətçilər iddia edirlər ki, Alik Muradov həmin torpaqları isə saxta bir vəsiyyətnamə ilə “qanuniləşdirib”. Guya bu torpaqlar lap qədimlərdən onun babasına məxsus olmuşdur. Amma sakinlər bildirir ki, əslində Alik Muradovun babası Dağ Kəsəmənli deyil, Tovuzdan gəlmədir. Sadəcə Alik Muradov özünü kənddəki Muradovların nümayəndəsi kimi qələmə verərək tarixdə Muradovalra məxsus olmuş torpaqları bu yolla mənimsəmişdir. Bütün bunlar barədə dəfələrlə prezidentə, Daxili İşlər Nazirinə, MTN-ə, baş prokurora müraciət olunsa da heç bir nəticəsi olmamışdır. Hətta Dövlət Xəritəçəkmə Komissiyasından da kəndə nümayəndələr gəlmişdir. Amma qəribəsi budur ki, Dövlət Xəritəçəkmə Komissiyasından gələn nümayəndələr narazı sakinlərlə görüşməmişlər.
Şikayətçilər bildirir ki, onların şikayətlərinə heç kim baxmır. Ağstafa rayon məhkəməsi də Alik Muradovun sözləri ilə oturub durur. Hətta bəzi şikayətçiləri şərləyərək məhkəməyə verir və onların cərimələnməsinə nail olur. Hətta Alik Muradovun hegemonluğu o səviyyəyə çatıb ki, kənddə 36 il fəaliyyət göstərən yeməkxananı bağlayıb.
Dağkəsəmən kəndinin sakinləri bildirirlər ki, onlar bir zamanlar Qazaxın və ətraf rayonların müdafiəsi üçün yaradılan taqıma rəhbərlik edən keçmiş döyüşçünün bu qanunsuzluqlarını və onu müdafiə edənləri başa düşə bilmirlər. Azərbaycan hüquq dövlətidirsə, o zaman kimliyndən asılı olmayaraq Alik Muradovun hüquqdan kənar əməllərinə dövlət qiymət verməlidi. Ağstafa rayonunda dövlət qurumları bu qiyməti vermədiklərinə və mülkiyyətə təcavüz edən şəxsi müdafiə etdiklərinə görə şikayətçilər mətbuata müraciət etmək zorunda qaldıqlarını bildirir və ümid edirlər ki, mərkəzi dövlət qurumları məsələyə müdaxilə edərək bu qanusuzluğa son verəcəklər.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər