Lənkəranlılar :“Bizi Polad Ələmdarın əlindən qurtarın!”-Foto
20-07-2013, 11:20
Oxunub: 5 123
Lənkəranlı Şaiq Ağayevin qohumları həyatlarının təhlükə altında olduğunu bildirirlər
“Deyirlər, biz yuxarı “haqq” veririk, ona görə də nə istəyiriksə edirik”
Lənkəran şəhərində yaşayan Bayramovlar ailəsi saxta narkotik ittihamı ilə həbs ediləcəklərindən ehtiyat edir. Bunu bizim yolun Lənkərana Şaiq Ağayevin məhkəməsini müşahidə etmək üçün ezam olumuş əməkdaşına adıçəkilən şəxsin ictimai müdafiəsi ilə məşğul olan qaynı Şükür Bayramov bildirib. O, Ş.Ağayevi müdafiə etdikləri üçün ona və ailə üzvlərinə ciddi təzyiqlərin olduğunu deyib. Ona özünün və övladlarının da narkotik ittihamı ilə həbs ediləcəyi bildirilib.
Ş.Ağayevin həbsi ilə bağlı məsələnin ictimailəşdirilməsində Ş.Bayramovun xüsusi rol oynaması yerli hüquq mühafizə orqanlarının xoşuna gəlməyib. Bu səbəbdən də Ş.Bayramov dəfələrlə “söhbətə” dəvət edilib, ona “ağıllı” olması barədə xəbərdarlıq edilib. Bu xəbərdarlıqlardan sonra isə Ş.Bayramov Baş Prokurorluğa, Daxili İşlər Nazirliyinə, Ombudsman Aparatına, Narkotiklərlə Mübarizə Baş İdarəsinə və digər aidiyyəti təşkilatlara baş verənlərlə bağlı rəsmi ərizə ilə də müraciət edib.
Ş.Bayramov əməkdaşımıza bildirib ki, onu NQMBİ və DİN-ə dəvət edib şifahi şəkildə dərdinə qulaq asıblar. Amma istənilən halda Bayramovlara qarşı təzyiq və hədələr artan xətlə inkişaf etməkdədir.
Ş.Bayramovun müvafiq qurumlara etdiyi müraciəti saytımıza da da təqdim edib. Onun Ərizəsini qramatik düzəlişlərlə olduğu kimi təqdim edirik: “Yazıb sizə bildirirəm ki, 4 övlad atasıyam, 3 nəvəm də öhdəmdədir. Özüm də 2-ci qrup Qarabağ müharibəsi əlili, Yeni Azərbaycan Partiyasının üzvüyəm. Partiya biletimin nömrəsi 576232-dir. Azərbaycan vətəndaşıyam. Lənkran NQMİ-nin Regional Şöbəsinin rəis müavini Aydın Əkbərov və həmkarları - Lənkəran rayon Polis İdarəsinin istintaq bölməsinin rəisi Polad (Ələmdar) Mehtiyev, Kazım Mirqasımov və başqalarının hədə qorxuları və təhqirlərinə məruz qalıram. Səbəb isə kürəkənim, 3 azyaşlı uşağı olan Ağayev Şaiq Hilal oğlunu müdafiə etməyimdir. Onun özü də ağ ciyər xəstəsidir. Mənim kürəkənimi nahaqdan şərləyib həbs ediblər. Mən kürəkənimin işi ilə bağlı cənub regional idarəsinə dvət olundum. Orada Miryüsif adlı dəllal məni A.Əkbərovun yanına apardı. A.Əkbərov mənə dedi ki, biz sənə kömək edərik, sadəcə sən heç kəsə bu sirri açma və məni P.Mehtiyevin yanına göndərdi. P.Mehtiyevin yanına getdim, o da məni M.Kazımovun yanına göndərdi. Görüşdə M.Kazımov məndən 5 min manat pul istədi ki, bu işi düzüb qoşsun. Məndə pul olmadığı üçün təzədən məni P.Mehtiyevin yanına göndərdi. P.Mehtiyev də dedi ki, sənə kömək edəcəyəm. Amma gərək dediklərimlə razılaşasan. Mənə dedi ki, sənə narkotik veririk, apar qoy kürəkənin evinə, biz də gəlib taparıq, bir yüngül maddə ilə işi qurtararıq. Mən isə razılaşmadım və buna görə də indi mənim başıma oyun açırlar. Dedilər ki, hara istəsən, şikayət et. Dedilər, biz yuxarı haqq veririk (rüşvət), ona görə də nə istəyiriksə, edirik. İndi də mənə deyirlər ki, səni və sənin oğlanlarını da şərləyib həbs edərik. Mən və ailəm təhlükə altındayıq. Təhlükəsizliyimizə təminatçı olun”, - deyə ərizədə qeyd olunur.
Ş.Bayramov əməkdaşımıza onu da bildirib ki, onun sağ ayağı aldığı yaradan amputasiya olunsa da, o, ailəsini dolandırmaq üçün şəxsi avtomobili ilə taksi xidməti göstərməklə məşğul olub. Amma bu hadisələrdən sonra məcbur qalaraq avtomobilini də satıb və taksi xidməti göstərməkdən də qorxur: “Öz “işverən”ləri maşına minib nəşə atarlar, sonra məni də göndərərlər Şaiqin yanına. Həy yerə yazmışam. Səsimizə səs verən yoxdur. Sizdən də xahiş edirəm, bizi Polad Ələmdarın əlindən xilas edin”, - deyə Ş.Bayramov qeyd etdi.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər