Kəlbəcər sakini icra başçısına müraciət edib
21-07-2013, 10:15
Oxunub: 6 698
Kəlbəcər rayon Ağdan kənd sakini Kərimov Teymur Mərdan oğlu Avropa.info vasitəsi ilə adı çəkilən rayonun icra başçısı Aqil Məmmədova açıq məktubla müraciət edib. Həmin müraciəti olduğu kimi təqdim edirik:
"Hörmətli Aqil müəllim bu məktubu sizə yazamaqda məqsədim mənə qarşı olan ayrı seçkilik və ondan doğan təzadlarla bağlıdır beləki mən bir ay yarım bundan öncə sizin yanınızda oldum çox şad oldum ki, sizin kimi bir insanla görüşdüm həqiqətəndə sizin Kəlbəcər üçün və Kəlbəcərlilər üçün etdiyiniz bəlkədə həyatımda sizin qədər təmiz öz xalqına millətinə xidmət edən bir məmur və onun əvəzləyən birini indiyənə qədər görmədim ona görədə sizə təşəkürümü bildirirəm ancaq mən hər dəfə olduğu kimi indidə haqsızlıqla qarşılaşıram beləki mən Kazımov Xəqani müəllimin qəbuluna getdim təbii ki sizin zənginizdən sonar 10 günə yaxın Xəqani müəllimin mühavizəçisi tərəfindən aldandım. Xəqani müəllimin orda olmadığını mənə bildirirdi ancaq mən daha sona öyrəndim ki, Xəqani müəllim 2 gündən bir də olsa idarəyə gəlir məndə getdim Xəqani müəllimlə görüşməyə. Lakin yenədə axran məni içəri buraxmadı sizə zəng edəndən sonara içəri daxil oldum və ancaq Xəqani müəllimə bildirdim ki, Aqil müəllim sizinlə görüşəcəyimi deyib, o isə məni heç saymadı və mən bunu sizə bildirdim dünən eşitdim ki, mənimlə birlikdə işdən çıxan 3 nəfərdən 2-si işə qayıdır və öyrəndim ki, kimsə dayısının tapşırığına kimsədə kimləsə tanışlığına görə mənim buna eytirazım yoxdur .Allah işlərini avand eləsin ancaq mən öz haqqımı tələb etmək istəyirəm ona görə yox ki mən ancaq Xəqani müəllimin idarəsində işləyəcəm sizə də məlumdur ki, mən artıq Azərsun Holdinqdə işləyirəm təbii ki, mənim işimi əlimdən ala bilərələr nə mənim ağlımı nədə ki, mənim diplomumu əlimdən ala bilməzlər sadəcə mən müəyyən zaman kəsiyində nəyəsə görə susdum özünüzdə bilirsiniz ki, hüququn işlədiyi sivil ölkələrdə bir işcini işdən çıxartmaq üçün bir neçə dəfə xəbərdarlıq töhmət şiddətli töhmət və sonda Kolleganın qərarı ilə işdən azad edirlər bizim idarədə isə bütün qanunları və əmirləri yazan Xəqani müəllimin özüdür və Xəqani müəllim işlətdiyi cümlə bügündə məni çox narahat edir o deyib ki, mən Teymuru pulla basdıraram mənə maraqlıdır ki, yamaq vurmaqla yaranan bir idarənin rəisi bu qədər pullu hardan alır ki, mənidə basdırır bunları arşdırmaq isə hüqüq mühafizə orqanlarının işidir. Baxın məni elə bu dövlətdən də narazı salan haqqımın hüququmun pozulmasıdır indiyənə kimi mənə deyirlər ki, niyə mitinqə gedirsən niyə belə edirsən həllə mənə deyən olmuyub ki, niyə bu dölətdən narazısan indi mən bu məktubumda niyə bu dövlətdən narazı olmağımı yazacam məktubun başlığındada yazmışam ki, acıq məktubdur birinci növbədə narazı olmağıma səbəb Xəqani müəllim kimi məmurlardır ikinci növbədə isə dövlətin biganəliyidir ancaq AZTV baxanda 1-2 saat insan özünü Almaniya İsveçirədə hiss edir ancaq qapıdan çölə çıxanda görürsən ki, yox sən Azərbaycanda yaşayırsan qanunların haqqların pozulduğu bir ölkədə beləki neftlə zəngin olan dövlətdə Ali Təhsil almış birisinin iş prablemi və sosial prablemləri var beləki gənc ailə olaraq 3 övladım var əslində buda çox uşaqlı ailə olmaq sayılır neft çıxan ölkələrdə heç neft çıxmayan ölkələrdə də çox uşaqlı ailələrə dövlət qayğısı var amma bizdə bu yoxdur niyə yoxdur bu sualı məndə özüm özümə verirəm ancaq aldığımız 16.50 qəpik çörək pulludur və birdə birdəfəlik 82 manat süd pullu bununlada dövlətin verdiyi imtiyazlar bitir nə mənzil təminatı nədə ki, digər təminatlar yoxdur bu da sosial ayarı seçkiliyə gətirib çıxarır Gənclər haqqında dövlət proqramı təsdiq olunur mənim kimi gənclərə şamil olunmur Allah şahidiir ki, mən gün ərzində cəmi 4-5 saat yuxu yatıram ona görəki mən gündüz taksi sürürəm gecədə Azərsunda tərəzidə işləyirəm ailəni güclə dolandırıram. İnanın ki, elə zamanlar olur ki,mən uşağıma süd almağa pulum olmur mən bunu heç bir şeyə görə yazmadım nədəki ağlamaq kimi başa düşülməsin mən heç öz dogma atamdan belə pul istəməmişəm sadəcə məni dügün anlaya bilmək üçün yazdım yaxşıkı bu banklar var hər bir Azərbaycanlı kasıb kimi məndə bankların məngənəsində üzürəm bu məsəllər və ayrı seçkliliklər bununlada bitmir saysan nə qədərdir Hər bir düşüncə sahibi olan kəs düşünür bunları Aqil müəllim və haqqını tələb edir heç kim mənə pis baxmasın cunki indiyənə qədər mənə deyən olmayıb niyə belə olur hər zaman deyiblər ki sən səhf edirsən ancaq məsələnin kökündə duran səbəblər başqadır bir insanı da suçlamaq üçün gərək o insanın nəyə görə addım atdığını soruşalar amma bizdə bu yoxdur gələn elə baltalayır ancaq tənqid edir bu sizə yazdığım hələ pozulmuş hüquqların biri və bir neçəsidir ".
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər