BolgeXeber.Com » Bölgə » Füzuli rayon İcra Hakimiyyətinin başçısı vətəndaşlarla görüşlərini davam etdirir

Füzuli rayon İcra Hakimiyyətinin başçısı vətəndaşlarla görüşlərini davam etdirir

20-07-2013, 15:20
Oxunub: 5 037 Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev mütəmadi olaraq vətəndaşlarla görüşür, onların təkliflərini dinləyir və problemlərini həll edir.

İcra Başçısı növbəti səyyar qəbulu 19 iyul 2013 – cü il tarixdə rayonun Alıxanlı kəndində keçirmişdir. Görüşdə çıxış edən İcra Başçısı bu görüşlərin ölkə rəhbəri cənab İlham Əliyevin tapşırığı ilə mütamadi keçirildiyini və onların əhəmiyyəti barədə damışmışdır.

Sonra kənd sakinlərinin müraciətləri dinlənilmişdir. Səyyar qəbul zamanı kənd sakinləri tərəfindən qaldırılan məslələrin əksəriyyəti İcra başçısının göstərişi ilə yerindəcə həll edilmişdir.

Alı Alıyev qeyd olunan bütün məsələlərlə bağlı aidiyyatı tapşırıqlar vermiş, ölkə rəhbəri cənab İlham Əliyevin tapşırıqlarının rayonda yüksək səviyyədə yerinə yetirildiyini bildirmiş, ərazidə görülən işlər barədə məlumat vermişdir.

Görüşün sonunda İcra başçısı belə səyyar görüşlərin bundan sonra da keçirilməsinin məqbul olduğunu bildirərək, vətəndaşların həyat şəraitinin, sosial problemlərinin həlli istiqamətində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yürütdüyü siyasət, əldə olunmuş uğurlar barədə danışmışdır. Qeyd olunmuşdur ki, hər bir vəzifəli şəxs dövlət başçısından bu məsələdə nümunə götürməli, vətəndaşların bütün müraciətlərinə diqqətlə yanaşmalı, onların problemlərinin həlli üçün bütün səy və bacarıqlarını səfərbər etməlidir.