BolgeXeber.Com » Bölgə » İcra başçısı növbəti dəfə vətəndaşları qəbul etdi-FOTO

İcra başçısı növbəti dəfə vətəndaşları qəbul etdi-FOTO

25-05-2021, 19:21
Oxunub: 3 144 Bolgexeber.com xəbər verir ki,Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov növbəti dəfə rayon sakinlərini karantin qaydalarının tələblərinə əməl etməklə qəbul edib. Vətəndaşlar 44 günlük Vətən müharibəsində evlərinə dəyən ziyanla, təmir-tikinti, məişət əşyalarının qiymətləndirilməməsi, vətəndaşların şəxsi əmlakına dəymiş ziyanla bağlı dövlət tərəfindən veriləcək kompensasiyaların gecikdirilməsi və digər problemlərlə əlaqədar müraciət ediblər.
Onların müraciətləri rayon rəhbəri tərəfindən diqqətlə dinlənilib, həlli mümkün problemlər həll edilib, araşdırılması vaxt tələb edən müraciətlərlə bağlı isə əlaqədar qurumlara tapşırıqlar, əsassız müraciətlərlə bağlı isə vətəndaşlara müvafiq izahatlar verilib.
Qəbulda olan rayon sakinləri müraciətlərinin dinlənilməsindən razı qaldıqlarını və Tərtər rayonuna göstərilən diqqət və qayğıya görə cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.