Ağsunun icra başçısına qarşı narazıçılıq artır
24-07-2013, 10:35
Oxunub: 5 345
Ənvər Seyidəliyev rayon sakinlərinin könlünü almaq üçün onlarla görüşmək istəyib, amma rədd cavabı alıb
Ağsu rayonunda vəziyyət getdikcə kritik şəkil alır. Bolgexeber.com xəbər verir ki, jam.az-a verilən məlumata görə, rayonda sülalə hakimiyyəti yaratmış icra başçısı Ənvər Seyidəliyevdən narazı olan sakinlər artıq ona etiraz etməyə başlayıblar.
Məlumatlarda bildirilir ki, Ağsuda etiraz aksiyaları hər an başlaya bilər. Seyidəliyevin bütün gəlirli sahələri ələ keçirməsi və vəzifələri yalnış qohum-əqrabasına paylaması ilə yanaşı, insanların ağır maddi böhran içində yaşaması bu narazılığı daha da körükləyib. Elə bu səbəbdəndir ki, sözügedən rayonda durumun kritik olduğu bildirilir.
Daxil olan məlumatlarda o da vurğulanır ki, icra başçısı vəziyyətin ağırlığını görərək, əhalinin könülünü almağa çalışır. Bu məqsədlə o, kəndlərdə əhali ilə görüşlər keçirərək, onların problemlərini dinləmək niyyətinə düşüb. Amma planı işə yaramayıb. Qeyd olunur ki, Seyidəliyev ötən gün bir neçə kəndə səfər edərək, orada görüş keçirmək istəyib. Amma üz tutduğu kəndlərin camaatı onunla görüşə gəlməkdən imtina ediblər. Buna səbəb isə rayonu bir ailəyə həvalə edilməsidir.
Ağsunu bir ailə idarə edirk deyəndə isə bunlar nəzərdə tutulur:
-İcra başçısı Dövlət Sosial Müdafiə Fondunun rəhbəri Səlim Müslümovun dayısıdır.
-“Kapitalbank”ın Ağsu filialının müdiri Fətulla Seyidəliyev isə Ənvər Seyidəliyevin doğma qardaşıdır.
-S.Müslümovun bibisinin əri Ağsu Rayon Əmək və Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktorudur.
- Rayonun maliyyə şöbəsinin müdiri Radim Müslümov isə S.Müslümovun başqa qardaşıdır.
- Ağsu bazarı icra başçısının başqa bir qohumu olan Varis Nəzərovun nəzarətindədir.
- Ənvər Seyidəliyevin qardaşı Fazil Seyidəliyevə gəldikdə isə o, rayon polis şöbəsinin rəis müavini işləyir.
Qeyd edək ki, bundan əlavə olaraq isə Ənvər Seyidəliyev şəhərin “meri” postuna Nadir Şirinovu təyin etdirib. Nadir Şirinovda illərdən bəri hazırki icra başçısına xəzinadarlıq edir. Elə günün bu vaxtına qədər.
Əldə etdiyimiz dəqiq məlumatlara görə bəzi mətbuat orqanlarına rayonda baş verən özbaşnalıqlar haqqında gedən yazılar üçün məhz Nadir Şirinovun “baxım görümündən” sonra göz yumulur.
P.S. Ağsuda baş verən dəhşətli korrupsiya faktları ilə bağlı geniş reportajımız yaxın günlərdə oxuculara təqdim olunacaq.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər