BolgeXeber.Com » Bölgə » Şəkidə yeni ailə quran gənc oğlan sel sularında boğulub

Şəkidə yeni ailə quran gənc oğlan sel sularında boğulub

7-06-2021, 11:30
Oxunub: 2 944 Şəkinin Kiş kəndində boğulma hadisəsi qeydə alınıb.
"Report"un məlumatına görə, hadisə dünən axşam saatlarında Qurucana çayında baş verib. Çaya gələn güclü sel kənd sakini, 1996-cı il təvəllüdlü Şamil Azər oğlu Əhmədovu aparıb. 25 yaşlı Ş.Əhmədovun meyiti çaydan çıxarılaraq, aidiyyəti üzrə təhvil verilib.
Qeyd edək ki, Ş.Əhmədov yeni ailə qurmuşdu.
Xatırladaq ki, Şimal-qərb bölgəsində qeyri-sabit hava şəraiti hökm sürür.