Şəhid Pərviz Tofiq oğlu Balabəyovun 34 yaşı qeyd edildi
14-06-2021, 18:37
Oxunub: 1 712
14 iyun 2021-ci il tarixdə Hacıqabul rayon Heydər Əliyev Mərkəzinin bir qrup əməkdaşı II Qarabağ Müharibəsinin ilk hacıqabullu şəhidi Pərviz Tofiq oğlu Balabəyovun 34-cü doğum günü münasibətilə onun ailəsini və məzarını ziyarət etmişlər.
Mərkəzin işçilərinin şəhidin ata yurdunu ziyarəti, şəhər 6 saylı orta məktəbin builki məzunlarının şəhidin ailəsini ziyarəti ilə üst-üstə düşmüş və bu xoş təsadüf xalqımızın öz qəhrəman övladlarına sonsuz məhəbbət və ehtiramının əyani nümayişi olmuşdur.
Mərkəzin əməkdaşları şəhid Pərvizlə bağlı əşyalarla tərtib edilmiş xatirə otağında, eləcə də sonradan doğum günü masası arxasında onun doğmaları – anası, bacı və qardaşı, əmiləri və digərləri ilə görüşmüş, Mərkəzin xatirə hədiyyələrini təqdim etmiş və ətraflı söhbət etmiş, o cümlədən, ailə üzvlərindən yaradılmasına başlanmış Zəfər muzeyi üçün xatirə əşyaları vermələrini və mətbuatda işıqlandırmaq məqsədilə mükəmməl qəhrəmanlıq tarixçəsini hazırlayaraq, təqdim etmələrini xahiş etmişlər.
Daha sonra Mərkəzin işçiləri el məzarlığındakı Şəhidlər Xiyabanında olmuş, oradakı şəhidləri, o cümlədən şəhid Pərviz Tofiq oğlu Balabəyovun məzarını ziyarət etmiş, ruhlarına dualar oxumuşlar.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Məhəmməd İsayev,
Hacıqabul rayon Heydər Əliyev Mərkəzinin baş fond mühafizi






Çox Oxunanlar
- 19-05-2022, 16:22 : Hacıqabul rayon Heydər Əliyev Mərkəzininin əməkdaşları Şirvanda olmuşlar
Mədəniyyət
- 17-05-2022, 11:26 : Salyan İcra Hakimiyyətinin başçısı Xıdırlı kəndində əhali ilə səyyar görüş keçirmişdir
Ölkə
- 12-05-2022, 09:43 : Düşmən Kəlbəcəri atəşə tutdu
Ölkə
- 13-05-2022, 09:46 : Əsəbi sakitləşdirən 12 qida - Hər gün üçünü yeyin
Xəbərlər
- 17-05-2022, 14:06 : Mədəniyyət Nazirliyindən YENİ QADAĞA – Bunlardan istifadə etmək olmaz!-VİDEO
Xəbərlər
- 6-05-2022, 14:30 : “Eurohome”un fəaliyyəti məhdudlaşdırıldı - FOTO/VİDEO
Ölkə
- 12-05-2022, 14:58 : Azərbaycandakı dəhşətli qəza ilə bağlı - Rəsmi açıqlama
Ölkə
- 12-05-2022, 19:10 : Azərbaycanda topuq testinin tətbiqinə başlanılıb
Xəbərlər
- 7-05-2022, 15:07 : Zorakılıq, zorlanma, ayrılıq... - Məktəbli qızları intihardan necə çəkindirək?
Müsahibə-Reportaj
- 16-05-2022, 17:44 : “AzerGold”un rəhbərliyinə gətirilən Mətin Eynullayev kimdir? - DOSYE
Gündəm