BolgeXeber.Com » Bölgə » Bərdə Regional Mədəniyyət İdarəsinin kollektivi Heydər Əliyevin abidəsini ziyarət edib
Bərdə Regional Mədəniyyət İdarəsinin kollektivi Heydər Əliyevin abidəsini ziyarət edib
15-06-2021, 17:02
Oxunub: 896
Bərdə Regional Mədəniyyət İdarəsinin kollektivi 15 iyun-Azərbaycan xalqının Milli Qurtuluş Günü münasibətilə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib
Bərdə Regional Mədəniyyət İdarəsi üzrə bütün tabe mədəniyyət müəssisələri tərəfindən 15 iyun Milli Qurtuluş Günü silsilə tədbirlərlə qeyd olunur. Vətənini, xalqını sevən, həmin çətin, ağrılı günlərin dəhşətlərini yaşayan, hadisələri gözləri ilə görən insanlar üçün 15 iyun əsl qurtuluş günü, Azərbaycan xalqının möhkəm mübarizəsinin tarixidir.
Xalqımızın şanlı tarixinə qızıl hərflərlə yazılan 15 iyun-Milli Qurtuluş Günü hər il olduğu kimi bu il də Bərdə Regional Mədəniyyət İdarəsi tərəfindən qeyd olunur. Belə tədbirlərdən biri də regional idarənin rəisi İlyas Hacıyevin, idarənin aparat üzvlərinin və bir sıra mədəniyyət işçilərinin iştirakı ilə baş tutub. Tədbir çərçivəsində Bərdə rayonunda Heydər Əliyev adına park-bulvarın ərazisində yerləşən Ulu Öndərin abidəsi ziyarət edilib, abidə önünə gül dəstələri qoyulub, dahi və əbədiyaşar liderin əziz xatirəsi ehtiramla yad edilib.
Tədbirdə, həmçinin, regional idarənin rəisi İlyas Hacıyev tərəfindən 15 iyun-Milli Qurtuluş gününün tarixindən, Ulu Öndər tərəfindən xalqımızın çoxəsrlik tarixinin qorunub saxlanmasından bəhs edilərək bildirilib ki, “Azərbaycanın bu gün bütün dünyada özünəməxsus milli-mənəvi keyfiyyətlərə, adət-ənənələrə, mədəni dəyərlərə malik ölkə, qüdrətli sənaye respublikası, yüksək intelektual səviyyəsi, bütün müsəlman şərqinə örnək olan müstəqil ölkə kimi tanınması məhz böyük öndər Heydər Əliyevin misilisiz fəaliyyətinin nəticəsidir. Heydər Əliyev Azərbaycan xalqı üçün elə bir ideologiya müəyyənləşdirmişdir ki, onun müəllifi olduğu azərbaycançılıq ideologiyası həm Azərbaycanda, həm də bütün dünyada yaşayan soydaşlarımızın ümummili mənafelər çərçivəsində bir araya gəlməsi, Azərbaycan mənafelərinin qələbə çalması üçün fundamental baza rolunu oynamışdır.








Çox Oxunanlar
- 19-05-2022, 16:22 : Hacıqabul rayon Heydər Əliyev Mərkəzininin əməkdaşları Şirvanda olmuşlar
Mədəniyyət
- 17-05-2022, 11:26 : Salyan İcra Hakimiyyətinin başçısı Xıdırlı kəndində əhali ilə səyyar görüş keçirmişdir
Ölkə
- 12-05-2022, 09:43 : Düşmən Kəlbəcəri atəşə tutdu
Ölkə
- 13-05-2022, 09:46 : Əsəbi sakitləşdirən 12 qida - Hər gün üçünü yeyin
Xəbərlər
- 17-05-2022, 14:06 : Mədəniyyət Nazirliyindən YENİ QADAĞA – Bunlardan istifadə etmək olmaz!-VİDEO
Xəbərlər
- 6-05-2022, 14:30 : “Eurohome”un fəaliyyəti məhdudlaşdırıldı - FOTO/VİDEO
Ölkə
- 12-05-2022, 14:58 : Azərbaycandakı dəhşətli qəza ilə bağlı - Rəsmi açıqlama
Ölkə
- 12-05-2022, 19:10 : Azərbaycanda topuq testinin tətbiqinə başlanılıb
Xəbərlər
- 7-05-2022, 15:07 : Zorakılıq, zorlanma, ayrılıq... - Məktəbli qızları intihardan necə çəkindirək?
Müsahibə-Reportaj
- 16-05-2022, 17:44 : “AzerGold”un rəhbərliyinə gətirilən Mətin Eynullayev kimdir? - DOSYE
Gündəm