Masallı təhsil şöbəsində də «nazir» pulu yığılır
27-07-2013, 13:05
Oxunub: 5 617
Rayonı müəlllimlərinin məzuniyyət pullarına əl qoyulub
Bu barədə Masallıdan ünvanlanan şikayət məktubunda müəllimlər bildiririlər ki, Masallı rayon Təhsil Şöbəsinin müdiri Astan İbişov hər bir müəllimin məzuniyyət maaşından 18 manat tutlması ilə bağlı tapşırıq verib.
Məlumata əsasən təhsil şöbəsinin müdiri Astan İbişov bu vəsaiti Təhsil Nazirliyndən gələn tapşırığa əsasən topladığını bildirib. Astan İbişov bildirib ki, bu dəfə icra hakimiyyətindən gələn tapşırığa əsasən deyil, Təhsil Nazirliyindən gələn təlimata əsasən müəllimlərin məzuniyyət pulundan pul toplayır. Həmçinin şöbə müdiri hər bir direktordan təcili olaraq 100 manat tələb edib. Astan İbişov Təhsil Nazirliyndən kim tərəfindən təlimat aldığını açıqlamasa da, işarə edib ki, bu dəfə «nazir» pulu yığılır və həmin vəsait təcili olaraq Təhsil Nazirliyinə çatdırılmalıdır.
Qeyd edək ki, Masallıda hazırda 99 təhsil müəssisəsi fəaliyyət göstərir və bu təhsil müəssisələrindən təqribən 3 min müəllim çalışır. Yəni söhbət hardasa Masallının müəllim kollektivinin məzuniyyət maaşından 60 min manatdan artıq vəsaitin mənimsənilməsindən gedir. Şikayətçi müəllimlər onu da bildirirlər ki, onlar bu vəsaitin Təhsil Nazirliyindən gələn təlimat əsasında yığıldığına inanmırlar və hesab edirlər ki, Astan İbişov həmişəki kimi onların maaşlarına ortaq olmaq üçün səbəb ortaya atıb.
Məlumatda o da qeyd olunur ki, hazırda Masallı məktəblərində aparılan kosmetik təmir işləri (rəngləmə, əhəngləmə), birbaşa direktorların şəxsi hesabına həyata keçirilir. Məktəblərin təmiri üçün ayrılan pulların hara sərf olunduğu barədə isə hheç kimin bir anlayışı yoxdur.
Qarşı tərəfin mövqeini dərc etməyə hazırıq…
pia.az
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər