BolgeXeber.Com » Bölgə » Tərtər SMM-nin sədr müavini həbsxanaya düşməkdən canını qurtardı?!

Tərtər SMM-nin sədr müavini həbsxanaya düşməkdən canını qurtardı?!

18-05-2011, 21:40
Oxunub: 6 304 İcra başçısının 1-ci müavini Vidadi Bəylərova və yaxınlarına yüksək səviyyədə “toxunulmazlıq” kim tərəfindən vəd olunub?!

Məlumdur ki, artıq bir müddətdir ki, respublikada yüksək səviyyədə korrupsiyaya qarşı mübarizə kompaniyası gedir. Bir sıra məmurlar keçirilən tədbirlər nəticəsində vəzifəsini, hətta azadlığını belə itirməli olub. Beləki, ictimaiyyətə verilən informasiyalardan məlum olur ki, həbs olunanlar əsasən, Sosial Müdafiə sahəsinin sorumlularıdır.

Bolgexeber.com olaraq biz də bu sahədə baş verən nöqsan və qanunsuz əməlləri ifşa edərək ictimaiyyətin nəzərinə çatdırmaqla bu mübarizəyə qoşulmağı özümüzə borc bilirik. Aldığımız bir sıra ilginc məlumatlar arasında Tərtər rayonunun Sosial Müdafiə Mərkəzinin də adı çəkildiyindən informasiyaları dəqiqləşdirmək istiqamətində apardığımız araşdırmaların nəticəsi göstərdi ki, respublikanın bir sıra bölgələrində olduğu kimi bu rayonda da sosial sahədə müxtəlif qanunsuzluqlar yox deyil. Sadəcə bir sıra “məmur hoqqaları” əsasən əvvəlki Sosial Müdafiə Mərkəzi sədr müavini Zaur Bəylərovun işlədiyi dövrləri əhatə edir.

Arardığımız araşdırmalar zamanı məlum oldu ki, bu şəxs Tərtər rayon icra hakimiyyəti başçısının 1-ci müavini Vidadi Bəylərovun qardaşı imiş və hal-hazırda Bərdə rayonu icra hakimiyyəti başçısının köməkçisi vəzifəsində çalışır. Beləki, vaxtilə Tərtər rayonu icra hakimiyyətinin başçısı olmuş, hal-hazırda Bərdə rayon icra hakimiyyəti başçısı Vidadi İsayev rayonla vidalaşarkən, onu da özünə köməkçi kimi aparıb.

Maraqlıdır ki, əvvəldən bir-birləri ilə sıx, isti münasibətlərinin olduğu söylənilən Vidadi İsayev və Vidadi Bəylərov deyəsən münasibətlərini təkcə ticarət və dövlət qulluğu sahəsində deyil, şəxsi həyatda da qoruya biliblər. Çünki, əhalinin söylədiklərinə inansaq, adıçəkilən Sosial Müdafiə Mərkəzinin sədr müavinin bir sıra qanunsuz əməllər sahibi olduğu bildirilir. Həmçinin rayonda gəzən şaiyələrə görə, korrupsiyaya qarşı mübarizə kompaniyası başlanandan Zaur Bəylərov da həbs dalğasından əndişələnərək tələm-tələsik iş yerini dəyişmək qərarına gəlibmiş. Bu zaman onun qardaşının rayon icra hakimiyyəti strukturunda rəhbər şəxslərdən olması və Vidadi İsayevlə yetərincə isti münasibətləri məsələni kökündən həll edib. Sosial Mərkəzdən icra hakimiyyəti orqanlarına transfer edən Zaur Bəylərov da özünü kütləvi həbs dalğasının növbəti hədəfi olmaqdan canını qurtarıb.

Rayonda gəzən şaiyələrin və söz-söhbətin nə qədər səhih olduğuna gəlincə isə, məsələyə münasibətini öyrənmək üçün əlaqə saxladığımız Vidadi Bəylərovun da bizə verdiyi cavab birmənalı olmadı. Beləki, Vidadi Bəylərovun “bizi kim tuta bilərk ki? ” şəklində cavabı bu söz-söhbətlərin kökünü kəsmək əvəzinə daha da şaxələnməsini düşünməyə rəvac verdi.Çünki,bir mənalı söylənilməyən bu fikirlər bir mənalı da analiz oluna bilməz.Vidadi Bəylərovun “münasibəti” insanı bir çox istiqamətlərə kökləyir.Məsələn bilinmir ki,Vidadi müəllim bu sözlərlə özlərinin nə dərəcədə qanuni yaşadıqlarını və işlədiklərini söyləyir, yoxsa heç kəsin onlara bata biolməyəcəyini bildirir?! Ancaq onu deyə bilərik ki, Vidadi Bəylərov kimi geniş ticarət və şəxsi əlaqələrə malik olan bir çox məmurları da yığdıqları mal-dövlət və ya karyeralarından, tutduqları vəzifədən irəli gələn imkanlar lazım gələndə xilas edə bilməyib.