İmişlidə ölüm aclığı aksiyası başlayır
18-05-2011, 21:55
Oxunub: 8 373

Rayon sakinləri ilk aclıq aksiyasını müvəqqəti dayandırıblar, onlar dövlət başçısından cavab gözləyirlər
Xəbər verdiyimiz kimi, mayın 10-dan başlayaraq bir qrup İmişli rayon sakini onların müraciətinə rayon rəhbərliyinin etinasız münasibəti, üzləşdikləri sosial ədalətsizlik və evlərinin yaşayış üçün yararsız vəziyyətdə olmasına baxmayaraq ayrı-seçkiliyə məruz qalmalarına etiraz əlaməti olaraq başladıqları aclıq aksiyasını dayandırıblar.
Bolgexeber.com xəbər verir ki, onlar aksiyanın müvəqqəti dayandırdıqlarını və tələbləri yerinə yetirilməsə ölüm aksiyasına başlayacaqlarını bildiriblər. Məlumatda deyilir ki, aclıq aksiyasına daha 17 nəfərin qoşulacağı da gözlənilir. Belə ki, onlar dünən aclıq aksiyası keçirənlərlə birlikdə dövlət başçısına, Fövqaladə Hallar Nazirliyinə müraciət ünvanlayıblar. Evlərinin qəzalı vəziyyətdə olan foto şəkillərini müraciətə əlavə edən sakinlər İmişli rayon İcra hakimiyyətinin “İmişlidə qəzalı ev yoxdur” fikrinə etiraz edərək bu yanaşmanın yanlış olduğunu və ictimai rəyi aldatmağa xidmət etdiyini bildiriblər.
Müraciətdə ötən ilin daşqınları zamanı təsirlərə məruz qalmış evlərin tikintisində bəzi vəzifəli şəxslərin öz qulluq mövqelərindən sui-istifadə edərək neqativ hallara yol verdikləri qeyd olunur və aidiyyatı qurumlardan bu məsələyə dərhal cavab verilməsi, müstəqil komissiya yaradılaraq İmişlidə qəzalı olan və tikilmiş bütün evlərə obyektiv baxış keçirilməsi istənilir.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər