BolgeXeber.Com » Bölgə » Lider TV Ağsuda bir ailəni müflis etdi

Lider TV Ağsuda bir ailəni müflis etdi

29-07-2013, 13:20
Oxunub: 5 053 “Ay Ev Yiyəsi" verlişinin 35 əməkdaşı ailəni müflis etməyin qarşılığına reklam olunan hədiyyələri də vermədilər

Ağsu şəhərində "Ay Ev Yiyəsi" verlişinin çəkiliş zamanı bir ailəyə qonaq olan Lider TV-nin əməkdaşları nə az nə çox 35 nəfər olublar. Avropa.info-nun əldə etdiyi məlumata görə, bu çəkiliş qonaq qəbul edən ailəni 2 qoyun və iki hind toyuğu kəsməyə məcbur edib. Çıxılmaz vəziyyətdə qalan ailəyə verlişin anonsunda göstərilən hədiyyələr isə verilməyib.

Bir neçə gün öncə isə "Ay Ev Yiyəsi" verlişinin əməkdaşları İmişli Rayonunda çəkiliş etmək üçün qonaq ola biləcəkləri ailə tapmaqda əziyyət çəkiblər. Bir neçə qapıya getdikdə onları qəbul etməyiblər. İmişli sakinlərinin qonaq qəbul etməmələrinin səbəbi isə "Ay Ev Yiyəsi" verlişinin əməkdaşlarının çox olması olub. Və nəhayət ki, rayonun icra hakimiyyətinin müdaxiləsindən sonra verlişi çəkmək üçün İmişlinin Sarxanlı kəndində bir ailədə qonaq olublar.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
Bolgexeber.com