BolgeXeber.Com » Bölgə » Bərdədə çağırışçılar hərbi xidmətə təntənəli yola salındılar-FOTO

Bərdədə çağırışçılar hərbi xidmətə təntənəli yola salındılar-FOTO

6-07-2021, 16:01
Oxunub: 3 360 Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bərdə rayon şöbəsinin və Bərdə rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə növbəti hərbi çağırışa Bərdə rayonu üzrə vətəndaşların Həqiqi Hərbi Xidmətə yola salınma mərasimi keçirilib.
Tədbirdən öncə çağırışçılar rayon İcra Hakimiyyətininbaşçısı V.İsayev və hüquq –mühafizə orqanlarının rəhbərləri ilə birlikdə ümummilli Lider Heydər Əliyevin heykəli önünə tər gül dəstələri düzərək xatirəsinə ehtiramlarını bildirmişlər.
Çağırışçıların hərbi xidmətə yola salınma mərasimində Bərdə rayon İcra Hakimiyyətinin Başçısı V.İsayev, YAP rayon təşkilatının, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, valideynlər, KİV və ictimaiyyət nümayəndələri iştirak etmişlər. Tədbirdə Bərdə rayon İcra Hakimiyyətinin Başçısı V.İsayev çıxış edərək çağırışçıları hərbi xidmətə çağırış münasibəti ilə təbrik etdi və bu şərəfli yolda onlara xoş arzularını çatdırdı. Eyni zamanda qeyd etdi ki, Vətənin gücü onun yenilməz ordusundadır. Əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş ordu quruculuğumuz bu gün Azərbaycan Respublikasının Prezidenti Ali Baş Komandan cənab İlham Əliyevin yüksək diqqət və qayğısı nəticəsində inkişaf etdirilir. Ordumuzun peşəkarlığı daha da artmış, Azərbaycan Silahlı Qüvvələri ən müasir silahlarla təchiz olunmuşdur.Ermənistan ordusunun sentyabrın 27-də təxribat törədərək ölkəmizə qarşı hücuma keçməsi, müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə edərək yaşayış məntəqələrimizi və hərbi mövqelərimizi bir neçə istiqamətdən atəşə tutması Azərbaycan Silahlı Qüvvələrini əks-hücum əməliyyatlarına başlamağa məcbur etdi. İşğalçı Ermənistan Gəncə, Bərdə və başqa şəhərlərimizdə mülki əhalimizə qarşı törətdiyi müxtəlif təxribatlarla müharibənin ərazisini genişləndirməyə çalışırdı. Yeni bölgələr tutmaq, tapdaq altında saxlamaq iddiasını da gizlətmirdi. Azərbaycan isə hər dəfə düşmənin təxribatlarına layiqli cavab versə də, bu, ona dərs olmurdu. Vətən savaşında Azərbaycan Ermənistana biabırçı məğlubiyyət yaşatdı. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuz 44 gün davam edən müharibənin gedişində möhtəşəm qələbələr qazanaraq dünya hərb tarixinə yeni şanlı səhifələr yazdı. Silahlı Qüvvələrimiz döyüş meydanında Ermənistan ordusunu darmadağın etdi. Azərbaycan Ordusunun adı çəkiləndə hər bir azərbaycanlı qürur duyur. Azərbaycan gənci orduda qulluq etməsini özünə şərəf sayır. Rayonumuzda 1083 nəfər bərdəli Vətən müharibəsi zamanı silaha sarıldı, düşmənə qarşı döyüşə atıldı. Onlar böyük igidliklər göstərdilər. Onlardan 50 nəfəri Vətən uğrunda şəhid oldular. 270 nəfər bu müharibədə yaralananımız, qazimiz oldu. Və bu igidlərimizin hər biri möhtərəm Prezidentimiz cənab İlham Əliyevin sərəncamı ilə orden və medallara layiq görüldülər. Biz onların hər biri ilə fəxr edirik, qürur duyuruq. Və hər bir an var olmağımız üçün onlara borclu olduğumuzu unutmuruq və unutmayacağıq. Onlar hər zaman bizimlədir, həmişə tariximizdə və qəlbimizdə yaşayacaqlar. Bugünkü çağırışçılarımız Vətən borcunu ödəməyi ən böyük amal olaraq qəbul edir. Biz onların hərbirinə uğurlu yol arzulayırıq. Tədbirdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə layiq görülmüş Vətən müharibəsi şəhidi Əsgərov Asəf İlqar oğlunun “Qarabağ” ordeni onun ailəsinə təqdim edildi. Şəhidin atası Əsgərov Asəf çıxış edərək ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə təşəkkürünü bildirdi və şağırışçılara uğurlu yol arzuladı. Tədbirdə çıxış edən digər natiqlər də hərbi xidmətə yola düşən bütün çağırışçıları və onların valideynlərini təbrik edərək, çağırışçılara doğma vətənimizin müdafiəsi kimi şərəfli yolda uğurlar dilədilər.
Tədbir Bərdə Regional Mədəniyyət İdarəsinin təşkil etdiyi konsert proqramı ilə başa çatdı və çağırışçılar təşkil olunmuş xüsusi avtobuslarla hərbi xidmətə yola salındılar.