İcra başçısı sahibkarları təhdid edir
30-07-2013, 17:30
Oxunub: 5 228
Rayon icra başçılarının özbaşınalıqları ilə bağlı məlumatlar artıq yerli mətbuatda sıradan xəbərə çevrilib. Bu istiqamətdə adı ən çox hallandırılanlardan biri də Beylaqan rayon icra başçısı Vaqif Abdullayevdir. Bildirək ki, Abdullayevlə bağlı zaman-zaman ilginc faktlar ictimailəşib. Məsələn, onun Qarabağ əlilinin başına kərpic çırpması faktı yerli mətbuatda böyük rezonansa nədən olmuşdu.
Beyləqandakı mənbələrdən daxil olan məlumata görə, Vaqif Abdullayev Beylaqana icra başçısı gəldiyi gündən rayon sahibkarlarına garşı səlib yürüşünə keçməsilə diqqətləri cəlb edib. Belə ki, özünü «Beyləqanın xanı» kimi görən Vaqif Abdullayev Sahibkarlığa Kömək Milli Fondunun rayon sahibkarlarına güzəştli kreditlərin ayrdğı vəsaitlərə belə əl qoyur. Məlumatı verən mənbə qeyd edir ki, rayon sahibkarlarının götürdükləri kreditlərin 10 faizi mütləq V.Abdullayevə çatmalıdır. Əks təqdirdə sahibkarlar icra mənbənin bildirdiklərinə görə, Vaqif Abdullayevin Beylaqanda həyata keçirdiyi “islahatlar” rayonunun iqtisadi potensialını, heyvandarlıq kompleksini, müasir taxılçılıq, kiçik və orta həcmli intensiv üzümçülük təsərrüfatlarının bərbad hala düşməsinə səbəb olub.
Xatırladaq ki, bir müddət öncə sabiq deputat Maksim Musayev Beyləqanın icra başçısı Vaqif Abdullayevi Xızının icra başçısı olarkən rayonu xaraba qoymaqda və rüşvətxorluqda ittiham etmişdi.
dia.az-a məlumat verən mənbə iddia edir ki, son günlər icra başçısının yerli sahibkarlardan «eskçi pulu» toplanışına çıxması da onsuz da tarıma çəkilmiş əsəbləri yerindən oynadıb. Sahibkarlardan biri redaksiyamıza yazır: «Başçının adından məndən 2 min manat pul istəyiblər. Mənim kiçik fermer təsərrüfatım var. Dedim ki, ilin sonu ancaq o pulu verə bilərəm. İnanmadılar. Mənə təsərrüfatımla vidalaşmağa hazır olmağı məsləhət gördülər».
Mənbə iddia edir ki, anoloji təhdidlər başçının «sözündən çıxan» digər sahibkarlara da ünvanlanıb.
Qarşı tərəfi də dinləməyə hazırıq. Mövzu diqqətimizdədir.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər