İcra başçısının qohumları özbaşnalıqla məşğuldurlar
31-07-2013, 10:25
Oxunub: 4 787
Eyvaz Qurbanovun bacısının əri evli qadınla ad çıxarıb, əmisi nəvəsi azyaşlı uşağı zorlamaqda ittiham olunur, bacısı oğlu isə yol kəsir
Oğuz rayonunda icra başçısı Eyvaz Qurbanovun yaratdığı qohum-əqraba rejimi insanların canını boğazına yığıb. Bu barədə TİA.AZ-a məlumat verən rayon sakinləri bildirirlər ki, artıq biabırçılıqlar son həddə çatıb.
Məlumatda deyilir ki, bir müddət əvvəl icra başçısının bacısı oğlu yük maşınlarının qarşısını kəsərək onlardan pul tələb edirmiş. Hətta bir dəfə sürücülərdən birinin qarşısını kəsərək ondan pul tələb etsə də, sərt cavab alır. Və bu da onun qüruruna toxunduğundan həmin sürücünün evinə gedərək, ona ailəsinin yanında təhqir etmişdi. Məsələni qabartmağa qoymayan icra başçısı bacısı oğlunun çulunu bir təhər sudan çıxarmışdı.
Amma özbaşınalıq o həddə çatıb ki, məsələ bununla da bitməyib. Rayon sakinlərinin TİA.AZ-a verdikləri məlumatda daha sonra vurğulanır ki, E.Qurbanovun əmisi nəvəsi N.Əliyev rayonda azyaş lı oğlana təcavüz etsə də, hələ də cəzasız qalıb. Şikayətçilər deyirlər ki, həmin hadisədən sonra icra başçısının əmisi nəvəsi başının dəstəsi ilə zərərçəkəni və ailəsini döyərək, günahı onların üzərinə qoydular. Guya, şər atırmışlar. N.Əliyev isə işi tam ört-basdır etmək üçün 8000 manat verərək özünə yalançı şahidlər tutdurmaqla canını qurtarıb.
Dəhşətli hal odur ki, icra başçısı Eyvaz Qurbanovun digər qohumları da rayonda yol verdikləri qeyri-etik hərəkətlərinə görə günbəgün ad çıxarırlar. Oğuzdan gələn şikayətdə vurğulanır ki, hal hazırda rayonun Bucaq kənd icra nümayəndəsi işləyən Natiq Həşimov da onların sırasındadır. Belə ki, icr a başçısının bacısının ərinin artıq rəhbərlik etdiyi kənddə evli qadınlardan biri ilə ad çıxardığı deyilir.
Bundan başqa, bu yaxınlarda Oğuzda baş verən sel fəlakəti ilə əlaqədar icra başçısı keçirdiyi yığıncaqda da qalmaqal yaşanıb. Məlumatlara görə, Natiq Həşimovun həmkəndlisi üzləşdiyi acınacaqlı vəziyyətlə bağlı iclasda çıxış edərək bildirib ki, dəfələrlə icra nümayəndəsindən yardım istəyib. «Natiq Həşimov başqaları zəng edəndə gedə bilir, amma mən zəng edəndə gəlməyə vaxtı olmur. Bunun nə maddi marağı var?» Bu sözdən sonra icra başçısı əsəbiləşərək həmin kəndlini iclasdan qovub və ona heç bir yardım edilməməsi barədə tapşırıq verib.
P.S. Məsələ ilə əlaqədar adları keçən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər