Masallıda şöbə müdiri vətəndaşların torpaqlarını əlindən alır
31-07-2013, 10:35
Oxunub: 4 679
Torpaq şöbəsinin müdiri Hamil Hadıyev bunun üçün yeni variant tapıb
Masallı rayonunda əhali sürətli şəkildə torpaqsızlaşdırılır. Bu barədə verilən məlumatlara görə, hal hazırda rayonda vəziyyət dramatik şəkil alıb. Çünki insanların əksəriyyəti qanunla aldıqları torpaqlardan müxtəlif bəhanələrlə çıxarılır və ya əllərindən alınır. Prosesə isə Masallı Torpaq və Xəritəçəkmə şöbəsinin müdiri Hamil Hadıyev başçılıq edir.
Məlumatlarda deyilir ki, əvvəllər Hamil hadıyev ayrı-ayrı şəxslərə məxsus torpaq sahələrini onların əlindən zorla aldırırdı. Adını da belə qoyurdu ki, vətəndaşlar guya, əllərindəki torpaqlardan səmərəli istifadə etmədiyi üçün belə addım atılır. Hətta bununla əlaqədar elə vəziyyətlər yaranmışdı ki, nəticə etibarı ilə insanlar İcra Hakimiyyətinin qarşısına toplaşaraq, etirazlarını bildirmək istəyirdi. Eyni zamanda, problem mətbuat müstəvisinə də çıxarılmış dı ki, bu da Hamil Hadıyevin geri çəkilməsinə səbəb olmuşdu. Həmin dönəmlərdə ayrı-ayrı vətəndaşlara məxsus qanuni pay torpaqları belə baha qiymətə Rusiyada yaşayan şəxslərə satılmışdı.
Amma problemin böyüməsini görən Hamil Hadıyevin bir müddət geri çəkildiyi məlum olmuşdu ki, prosesin yenidən qızışdığı deyilir. Bizə çatan bilgilərə görə, torpaq şöbəsinin müdiri artıq yeni variantlar tapıb. Belə ki, o, torpaq almaq istəyən şəxsdən «şirinlik» (bu rəqəm heç də balaca hesab edilmir) alaraq, onu torpaqla təmin edir. Sadəcə, fərq ondadır ki, Hadıyev hal-hazırda bu prosesi məhkəmə yolu ilə həyata keçirir.
Redaksiyamıza şikayət edən Masallı rayon Yeyənkənd sakini Niyaz Ramazan oğlu Abbasov bildirir ki, Hadıyev artıq aldığı rüşvəti leqallaşdırmağa başlayıb. «Kim qanunsuz yolla torpaq əldə etmək istəyirsə, Hamil Hadıyev ona asanlıqla köməklik edir. Və o, pul aldığı şəxsi öyrədir ki, kimin torpağını almaq istəyirsə, həmin şəxsi məhkəməyə versin».
Şikayətçi bildirir ki, torpaq şöbəsinin müdiri məhkəmədəki adamları vasitəsi ilə məsələni həll də edir. Bunun üçün həmin adamlara aldığı puldan bir qismini verir ki, proses də tez başa gəlir. «Hadıyevin məqsədi isə burada özünü sudan quru çıxarmaqdır. Çünki o, bu hadisə baş verdikdən sonra şikayət edən tərəflərə çatdırır ki, burada onluq bir şey yoxdur. Ona görə ki, torpağı yeni sahibinə məhkəmə verib».
Qeyd edək ki, bui lk olay deyil. Rayon sakini Anar Ağayev də bununla bağlı inanılmaz məlumatlar açıqlayıb. Yaxın günlərdə bizə şikayət edən həmin şəxsin fikirlərini də yayımlayacağıq.
TİA.AZ-ın araşdırmaları nəticəsində o da məlum olub ki, Hamil Hadıyev hələ bir müddət əvvəl vəzifəsindən uzaqlaşdırılıbmış. Buna səbəb isə onun tutduğu vəzifədən sui-istifadə etməsi olub. Lakin şöbə müdiri Torpaq və Xəritəçəkmə komitəsinin sədri Qərib Məmmədova yol taparaq, problemi çözməyə nail olub. Hətta rayonda onun yeni ləqəbə sahib olduğu da deyilir. Deyilənlərə görə, Hamil Hadıyevi daha çox «torpaqyeyən» kimi qəbul edirlər.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər