Beyləqan rayon Mərkəzi Xəstəxanası rüşvət içində boğulur
6-08-2013, 16:00
Oxunub: 8 443
Baş həkimin yarıtmaz fəaliyyəti xəstələri cana yığıb
Son zamanlar ölkə səhiyyəsində, yəni xəstəxanalarda əhaliyə göstərilən tibbi “xidmətlər”dən söz açılanda insanların gözünün qarşısında ilk öncə rüşvət canlanır. Yəni, həkimlərin rüşvətə hərisliyi insanların talehindən daha çox maraqlıdır. Onunlada razılaşarsınız ki, əgər cibində bir qara qəpiyin yoxdursa, xəstəxanalara üz tutmağının da heç bir əhmiyyəti yoxdur. Allah eləməmiş kimi ağır xəstən ola, onda da vay halına... Burda sənin pulsuz salamını belə almayacaqlar, qaldı ki, ölümlə çarpışan xəstənə adi iynə vursunlar, çoxdakı bu sahəyə yetərincə vəsait ayrılıb. Amma, nə olsun. Zalımın balaları öyrəncəkli olublar, adət ediblər ki, əlinə versinlər türkün məsəli bir kağız parçası desinlər ki, get bunları al gətir. Görəsən, onda xəstəxanalara ayrılan dərman pereparatları necə olur, onları harda itirib batırıllar. Əlqərəz, bu haqda çox yazılıb, çox da oxunub. Onsuzda bu səhiyyə var ki, burda heçnə düzələn deyil.
Əhalinin narazı qaldığı və səhiyyə xidmətlərinin standartlara uyğun aparılmadığı dövlət xəstəxanalarından biri də Beyləqan rayon Mərkəzi Xəstəxanasıdır. Necə bir el məsəli var deyirlər, allah düşmənimində işini bura salmasın. Birdən nə badə xəstələndin yolun düşdü Beyləqan xəstəxansına, utanmayıb əlinə yekə bir resept kağızı yazıb verəcəklər ki, bunlar bizdə yoxdur al gətir. Səndə məcbursan ki, alasan, başqa çıxış yolun qalmır. Almağın bir yana, yazdıqları da şirkət dərmanlarıdır. Bu da onlara ikiqat pul qazanmaları üçün ən asan variantdır. Baxmayaraq ki, həmin firma dərmanının xəstəyə xeyiri olacaq, ya yox. Beyləqan xəstəxanasının bir prinsipi var;- təki xəstənin cibini soyub özlərinə xeyir eləsinlər. Əgər cibində pulun yoxdursa işin müşkülə çevirildi, birinin vicdanı da sızıldayıb sənə bir iynəni belə pulsuz vurmayacaqlar. Deyəcəklər ki, nazirliyin ayırdığı iynə dərman xəstələri görmür. Biz də məcburuq ki, bunları xəstə sahibinin özlərinə aldıraq. Yaxşı, bunu başa düşdük! Bəs onda, rüşvət almadan heç bir həkimin xəstəyə baxmadığına nə deyək, onu necə başa düşək.?! Mənə elə gəlir ki, bu sualı cavablandırmaq baş həkim Əli doktorun üzərinə düşür. Beyləqan MRX-da heç bir tibbi xidmətin pulsuz olduğu göstərilmir. Əksinə, bu xəstəxanada hər bir tibbi müayinənin öz “daskı”sı var. Burda sənə pulsuz iynə vurmağa işıq ucuda qoymayıblar. Vay halına ki, bir iynə vurdurdun pul vermədin, qulağın eşidə-eşidə sənə elə qarqışlar tökəcəklər ki, o qarqışların belə heç bir müalicəsi tapılmayacaq. Verilən məlumatda o da bildirilir ki, baş həkim bu posta gəlmək üçün rüşvət verdiyindən, rayon səhiyyəısini rüşvət girdabına salıb. Məlumatlı mənbənin dediyinə əsasən, Səhiyyə nazirliyi tərəfindən Beyləqan rayon Mərkəzi xəstəxanasına ayrılan dərman peraparatları və tibbi ləvazimatlar baş həkimin göstərişi ilə xüsusi apteklərdə və eləcə də qardaşına məxsus aptekdə özlərinin tətbiq etdiyi tarariflər əsasına satılır. Bütün bu məsələlərlə bağlı çox ciddi məlumatlar əldə etmişik. Məlumatlı mənbənin saytımıza göndərdiyi məktubda adı çəkilən xəstəxananın fəaliyyətində şok yaradacaq qanun pozuntuları yer alıb. Bununla bağlı qarşı tərəfin mövqeyini öyrənməyə çalışırıq... Azerinews.org
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər