BolgeXeber.Com » Bölgə » Tərtərdə Vətən müharibəsi iştirakçısının medalı təqdim olunub

Tərtərdə Vətən müharibəsi iştirakçısının medalı təqdim olunub

7-09-2021, 10:11
Oxunub: 4 240 Tərtər rayonunun Qaraağacı kənd sakini, Vətən müharibəsi iştirakçısı Abdullayev İsmət Həmid oğlu Azərbaycan Respublikası Prezidentinin 18 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Cəsur döyüşçü” medalı ilə təltif olunub.

Bolgexeber.com xəbər verir ki, bu münasibət ilə İsmət Abdullayev rayon icra hakimiyyətinə dəvət olunub. Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə dövlət xidmətinin Tərtər rayon şöbəsinin rəis müavini Ramil Qarayev və İctimai Nəzarət Koalisiyasının Tərtər rayon şöbəsinin sədri Nəcmiyyə Zeynalzadə ilə birlikdə Vətən müharibəsi iştirakçısını qəbul edib.

Rayon rəhbəri İsmət Abdullayevi Vətən müharibəsində göstərdiyi şücaətə görə Ali Baş Komandan tərəfindən “Cəsur döyüşçü” medalla təltif edilməsi münasibəti ilə təbrik edərək medalı sahibinə təqdim edib.

İsmət Abdullayev Vətən müharibəsində, torpaqlarımızın işğaldan azad edilməsində iştirak etməsindən qurur duyduğunu bildirib, şəhid ailəsi və qazilərə göstərilən diqqət və qayğıya görə Ali Baş Komandana öz minnətdarlığını bildirib.