Masallıda bank fırıldaqçılığı
7-08-2013, 14:25
Oxunub: 5 291
Yaxud, “Cəlladla çörək kəsmişəm, başımı yaxşı kəsəcək” kəlamının Respublika Bankın Masallı filialında tətbiq
Ölkəmizdə, eləcə də bölgəmizdə və rayonda ən yaraşıqlı, ən rahat binaların banklara məxsus olduğu çoxlarına bəllidir. Elanları, reklamları, bəzək-düzəkləri göz deşir. Çoxlarının “qızıl teşt”lərə bənzətdikləri bu banklarda isə az qala çox mədəni və nəzakətli şəkildə insanlara “qan qusdururlar”. Belə qəşəng, yaraşıqlı banklardan biri də Respublika Bankın Masallı filialıdır. İş elə gətirdi ki, avqustun 5-də bu bankın xidmətindən istifadə etməli oldum. Bu yaxınlarda xarici ölkəyə gedən qohumuma təcili pul göndərmək lazım idi. Buna görə də əlimdəki manatları elə oradaca dollara çevirmək qərarına gəldim. Lövhədə dolların alışının 0,79 qəpik olduğunu görəndə təəccüblənsəm də, elə bildim dolların kursu artıb. Pul ödəyib həmin bankdan çıxandan sonra başqa bir iş üçün AmrahBankın Masallı şöbəsinə getməli oldum. Soruşdum ki, siz dolları neçəyə satırsınız? Dedilər 0,78, 48 qəpiyə. Daha sonra ZaminBank-ın, MuğanBankın Masallıdakı şöbələri ilə əlaqə saxladım. Heç birində dolların satışı 0,78,46, yaxud 0,78,48 qəpikdən artıq deyildi. Hətta Masallıdakı dollar satılan “qara bazarda” dolları 0, 78, 55, yaxud 0, 78,60 qəpikdən baha satan yox idi. Bəs nədən “respublikaçı”lar dolları belə “kökəldiblər”. Bəlkə Masallıdakı digər bankların rəhbərləri səriştəsizdir, xeyir-şərlərini bilmirlər, ağıllılar ancaq Respublika Bankın Masallı şöbəsindədir. Məsələyə aydınlıq gətirmək üçün yenidən Respublika Bankın Masallı şöbəsinə qayıtdım. Şöbənin müdiri Anar müəllim bizi səmimi qarşıladı. Müşahidə etdiklərimi ona xatırlatdım. Bildirdi ki, buna səlahiyyətimiz çatır, aldığımıza görə sənəd veririk, bizdə hər şey şəffafdır. Anar müəllim bizə canıyananlıq göstərib bildirdi ki, əvvəlcədən desəydiniz, deyərdim, sizə aşağı faizlə verərdilər. Hətta bankın ixtiyarı var ki, dolları 0,78,30 qəpiklə də satsın. Bax, burada dayanaq! Bankın belə səlahiyyəti varsa, nədən bunu etmirlər. Ən aşağanı yox, ən yüksəyi götürüb, necə deyərlər, baltanı dibdən vururlar. Hər 100 dollara, digər banklardan fərqli olaraq 0,52, 0,54 qəpik almaq hansı insafa, vicdana sığır? Niyə sadə bir əməliyyatda məndən 15-16 manat artıq alınmalıdır. Bəlkə kimsənin dədəsinə, babasına borcumuz var? Nə olsun, arxalısınız, nə olsun kəsdiyiniz başa sorğu-sual yoxdur. Amma bu dünyada vicdan, insaf, ləyaqət deyilən şeylər də var. Bu günlər Müqəddəs Ramazan ayının son günlərinə təsadüf edir. Yəqin “respulkaçılar” da haradasa ehsan-filan veriblər. Həm də mənim kimilərdən oğurladıqları pullarla. Eh, biz guya belə kişilərlə, öz millətini göz-görəsi soyan, həmin pullarla ev-eşik saxlayan “igidlərlə” Qarabağı azad edəcəyik, qəhrəmanlar nəsli yetişdirəcəyik!!! Sonda Anar müəllimə xatırlatdım ki, sizin bu göz-görəsi, şəffaf, “qanuni” soyğunçuluğu mətbuat vasitəsilə işıqlandıracağıq ki, heç olması başqaları sizin “kökəlmiş” dollar torunuza düşməsin. Lakin bi gileyim Anar müəllimin heç kefinə də gəlmədi. Çünki belə insanlar nə Allahdan , nə qanundan, nə mətbuatdan, nə xalqdan ehtiyatlanır, nə olanlardan xəcalət çəkir. Onların Allahı da. Qanunu da, mətbuatı da xalqı soyduqları barədə hesabat verdikləridir. Mən inana bilmirəm ki, Masallı filialının yuxarıdakı rəhbərləri bu işə kimisə məcbur edə. Yəqin aşağılar, dərəni xəlvət grüb, daha çox soyğunçuluq etmək qərarına gəlib. Anar müəllim “bizdə hər şey şəffadır” deyəndə isə, öncə yadıma rəhmətlik şair Böyükxan Pərvizin “Cəlladla çörək kəsmişəm, başımı yaxşı kəsək” beyti düşdü. Bu banklarda da hər şey şəffaf, hər şey səliqəli, hər şey ürək oxşayandır. Adamın da “başını” elə kəsirlər ki, heç ruhun incimir. Bir mahnıda deyilmişkən, bəlkə mən düz eləmirəm. Həmkarlarımın rəyini bilmək istərdim. Yəqin ki, mövzuya qayıdacağıq.
cenubxeberleri
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər