BolgeXeber.Com » Bölgə » Azərbaycanda nadir ağaclar kəsilir

Azərbaycanda nadir ağaclar kəsilir

13-08-2013, 11:00
Oxunub: 4 477 Azərbaycanın meşə massivində ağac soyqırımı aparılır. Oxucuların verdiyi məlumata görə, Lənkəranın Qərian kəndində meşədə nadir ağac növləri kəsilir. Kəsilmiş ağaclar hər gün 3-4 "QAZ-66" markalı maşınlara yüklənərək aparılır. Kəsilmiş ağaclar parket üçün istifadə olunur və maşını 200-300 ABŞ dollarına satılır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova açıqlamasında bildirdi ki, qeyd olunan faktla bağlı araşdırma aparılacaq.