BolgeXeber.Com » Bölgə » Susuzluq Tərtər sakinlərini ayağa qaldırdı-Foto

Susuzluq Tərtər sakinlərini ayağa qaldırdı-Foto

14-08-2013, 11:10
Oxunub: 4 733 İllərdi nə içməyə, nə də təsərrüfatlarını suvarmağa su tapmayan camaat aksiya keçirdi; problem həll edilməsə yenə etirazlar olacaq
Tərtər rayonunun Seydimli, Xoruzlu, Kəngərli, Qaravənd, Bala Kəngərli, Böyük Kəngərli, Kolanı, Köçərli, Qapanlı, Azad Qaraqoyunlu və digər kəndlərinin sakinləri susuzluqdan əziyyət çəkirlər. Buna görə də avqustun 12-də Seydimli kəndinin bir qrup sakini bələdiyyə binası qarşısında etiraz aksiyası keçirib. Onların əsas tələbi isə kənddə su artezian quyularının qazılmasıdı.
Seyidimli kənd sakini Nəsib Vəliyev “Azadlıq” a deyib ki, ermənilər Tərtər çayının üzərində yerləşən Sərsəng su anbarından gün ərzində 2 saat su verirlər. Su yalnız məişətdə istifadə olunmağa kifayət edir. Təsərrüfatçının 40 hektar meyvə bağı susuzluqdan yanıb: “7-8 ildir bu vəziyyətdəyik. Rayondan kəndə içmək üçün su gətiririk. 3 tonluq çəni doldurmaq üçün 10 manat veririk. Hər dəfə 10-20 nəfər İcra Hakimiyyətinə gedib, təzə artezian çəkilməsini istəyirik, amma ”həll edəcəyik" desələr də, heç nəyi həll eləmirlər".
Seydimli kənd bələdiyyə nümayəndəsi deyib ki, Sərsəng su anbarından gələn suyu içən bir ailə qotur xəstəliyinə tutulub: “Hər gün sakinlər etiraz edib, yolu kəsirlər. Bələdiyyə sədri də Bakıdadır. İcra başçısı da deyir ki, yaxın vaxtlarda bir artezianın çəkilişi planlaşdırılır. Avqustun 12-də camaat bələdiyyə qarşısında aksiya keçirdi. Onları daha sakitləşdirmək olmur”.
Qeyd edək ki, biz də “Yeni Müsavat” olaraq bu günlərdə Tərtərdə olduğumuz müddətdə kəndlərdə yaşanan su problemin canlı şahidi olduq. Rayonun adıçəkilən kəndlərində insanlar nəinki təsərrüfatlarını suvarmağa, heç içməyə belə su tapmırlar. Sakinlərin sözlərinə görə, onların bu problemi illərdir davam etsə də, məsələ ilə bağlı aidiyyəti qurumlar olan kənd bələdiyyəsindən və icra nümayəndəliyindən səs çıxmır, onların işi kəndlərdə torpaqları satıb pulları mənimsəməkdən ibarətdir. Dövlət xətti ilə kəndlərdə qazılması nəzərdə tutulan artezian quyularını isə öz torpaq sahələrinə salırlar. Tərtər rayon Köçərli kənd sakini Nofəl Qəmbərov bizimlə söhbətində bildirdi ki, sakinlər öz vəsaitləri hesabına qurumuş su artezian quyularının üstünə su nasosları qoymaqla 4-5 metrdən çıxan qrunt sularını içməyə məhkumdurlar: “Kənddəki su artezian quyularının hamısı Sovet dövründə qazılıb. Onlar öz istismar müddətini başa vurduğu üçün hamısı quruyub, heç birindən su gəlmir. Dəfələrlə mən özüm kənd bələdiyyə sədri İntiqam Zeynalova müraciət etsəm də, hər dəfə dediklərimi qulaqardına vurur. Qrunt suları içməkdən uşaqlı-böyüklü hər kəs xəstəlik tapıb. Belə olmaz axı. Biz dövlətdən vəzifə, pul və bu kimi şeylər istəmirik, sadəcə su, içməyə su istəyirik, başqa heç nə”.
Kəndin digər sakini Tapdıq Mustafayev isə bizimlə söhbətində bunları dedi: “Bunlar bizi(burada səlahiyyətli şəxsləri nəzərdə tutur H.K) heç heyvan yerinə də qoymurlar, əgər heyvan yerinə qoysaydılar, heç olmasa içməyə su verərdilər. İllərdir bu problemlər yaşansa da, heç kim gəlib maraqlanmır. Nə içməyə su tapırıq, nə də təsərrüfatı suvarmağa. Əkdiyimiz məhsul da susuzluqdan yanıb kül olur. Belə özbaşınalıq, belə laqeydlik olar? Seçkilərdən-seçkilərə ortalığa düşən deputatlar da problemlərin həlli məsələsi gələndə gözə dəymirlər”. Sakinlərin sözlərinə görə, yaxın vaxtlarda onların bu problemi həll edilməsə yığışıb kəndin kənarından keçən magistral yolu bağlayacaqlar: “Başqa əlacımız yoxdur. Kəndin bələdiyyə sədri, icra nümayəndəsi öz kefində, bizim problemlərlə maraqlanan yoxdur. Başları torpaq satmağa qarışıb. Sanki onların işi torpaq satmaq və bir də vaxtlarını çayxanalarda, içki məclislərində keçirməkdən ibarətdir. Bizi vecinə alan yoxdur”.
Məsələ ilə bağlı rayon rəhbərliyinin və adıçəkilən kəndlərin məsul şəxslərinin mövqeyini öyrənmək cəhdimiz isə baş tutmadı. Köçərli kənd icra nümayəndəsi Mübariz Yunusova dəfələrlə zəng etsək də, bizim telefon zənglərimiz cavabsız qaldı.
Qeyd edək ki, analoji problemlər analoji problemlər Azad Qaraqoyunlu kəndində də yaşanır. Bu kəndə də insanlar nə içməyə, nə də təsərrüfatlarını suvarmağa su tapırlar.
Hikmət KƏRİMOĞLUSusuzluq Tərtər sakinlərini ayağa qaldırdı
İllərdi nə içməyə, nə də təsərrüfatlarını suvarmağa su tapmayan camaat aksiya keçirdi; problem həll edilməsə yenə etirazlar olacaq

Bolgexeber.com