Polis tərəfindən döyülən iş adamı Prezidentə müraciət etdi
14-08-2013, 15:05
Oxunub: 6 091
Siyəzən Polis İdarəsinin müstəntiqi Nicat Məmmədlinin iş otağında döyülən şəxs danışdı..Redaksiyaya , Siyəzən rayon Polis idarəsinin müstəndiqi Məmmədli Nicatla bağlı şikayət ərizəsi daxil olub. Şikayətçi iş adamı Aslanov Amid Səmədoğlu, müstəntiq Məmmədli Nicat tərəfindən döyüldüyünü yazır. Aslanov Amid, ona qarşı törədilən qeyri-qanuni zorakılıq və işgəncə ilə bağlı bütün distansiyalara müraciyət edərək ona kömək edilməsini istəyir. Şikayətçi öz məktubunda göstərir ki, Məmmədli Nicat ona zəng edərək Polis idarəsinə gəlməyini tələb edərək, A. Aslanovu iş yerinə gətirtmişdir. Şikayətçi ərizəsində Polis idarəsinə çağrılmasının səbəbini belə izah edir.
“Təsadüfən Bakı şəhərində söhbətimiz düşmüşdü.Və. bu söhbətin acığını məndən çıxacağını dedi. Onun üçün də məni Siyəsən rayonuna çaxırıb qisas almaq istəyirdi. Onun mənimlə yaratdığı münaqişə zamanı polis olduğunu və buna görədə mən onun qarşısında cavab verməliydim. Ona görə məni iş otağına çağırıb vəzifəsindən su-istifadə etdi.Mən onun iş otağına daxil olanda üzərimə atılaraq məni təhqir etməyə başladı. Mənə bu məsələni xoşluqla həll etməyimi istədi. O məndən küllü miqdarda pul versəyim halda barışacağını dedi. Müstəntiq məndən, istənilən pulu vermədiyim halda başıma oyun açacağını bildirərək mənə yumruq təpiklə zərbələr endirdi. Onun bu hərəkətləri qanunsuz olduğunu bildirsəm də sən bilirsən mən kimin oğluyam, ona görə də burada qanun mənəm deyə üstümə qışqıraraq mənə zərbələr endirməyə davam edti”.
Onuda qeyid edək ki, Nicat Məmmədlinin atası da iş adamıdı, tanınmış tikinti şirkəti rəhbəridir.
Məlumat üçün bildirək ki, Nicat Məmmədli dəfələrlə A. Aslanova zəng edərək ondan küllü miqdarda rüşvət istəmişdir. Onun üçündə Aslanovla, Məmmədli arasında ciddi instent yaranmışdır. Belə ki, avqust ayının 12-də Polis idarəsinə gedən iş adamı Aslanov Amid Səmədoğlu, müstətiq Nicat Məmmədli və Polis İdarəsinə mülki geyimdə gələn Şahsuvar tərəfində döyülərək zorakılığa məruz qalmışdır.
İş adamı baş vermiş hadisə ilə bağlı ölkə başçısı İlham Əliyevə, xanımı Mehriban Əliyevaya, Daxili İşlər naziri Ramil Usubova, PA-nın hüquq-mühafizə orqanları ilə iş Şöbəsinin müdiri Fuad Ələsgərova, Baş Prokuror Zakir Qaralova, İnsan Haqları üzrə Müvəkkil Elmira Süleymanovaya, və.s. şəsxlərə müraciət edərək ona köməklik olunmasını xahiş edir.
Qeyd edək ki, iş adamı Aslanov Amid hadisədən sonra səhətində ağır problemlər yaranmışdır.
Xatırladaq ki, sözügedən hadisə ilə bağlı Amid Aslanov Siyəzən rayon Prokroru Murad müəllimə ərizə ilə müraciət etsədə hələki bir tədbir görülməmişdir. Biz inanırıq ki, döyülən iş adamının ciddi şəkildə pozulmuş hüquqlarının bərpası ilə bağlı Daxili İşlər naziri cənab Ramil usubov ədalətli mövqe nümayiş edtirəcək, hər şeyi zorakılıqda və rüşvətdə görən Polis Baş Leytinantı, Müstəntiq Məmmədli Nicat haqqında qanuni ölçü götürülməsinə göstəriş verəcək... azerinews.org
Mövzu davam etdiriləcək.
Yazıda adı çəkilən orqanların və şəxslərin də mövqeyini dərc etməyə hazırıq
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər