BolgeXeber.Com » Bölgə » Hacıqabul “Qanları ilə tarix yazanlar” adlı tarix dərsi keçirilmişdir

Hacıqabul “Qanları ilə tarix yazanlar” adlı tarix dərsi keçirilmişdir

18-10-2021, 11:49
Oxunub: 4 984 2020-ci il 27 sentyabr-8 noyabr Vətən müharibəsinin birinci ildönümünün qeyd olunması ilə əlaqədar olaraq Hacıqabul rayon Mədəniyyət və Təhsil müəssisələrinin birgə hazırladıqları tədbirlər planına əsasən 15.10.2021-ci il tarixində Hacıqabul rayon Heydər Əliyev Mərkəzində “Qanları ilə tarix yazanlar” adlı tarix dərsi keçirilmişdir. Dəsrdə Allahverdi Dadaşov adına rayon 5 nömrəli məktəbin bir qrup müəllim və şagirdləri iştirak etmişlər.
Əvvəlcə Mərkəzin direktoru Aytən İmanova məktəbliləri salamlamış, onları Heydər Əliyev Mərkəzində açılmış “Dəmir yumryq” adlı sərgi ilə tanış etmiş, müharibədə canlarından keçmiş, tarix yazmış I və II Qarabağ müharibəsi şəhidlərinin foto şəkillərinə baxılmışdır. Mərkəzin direktoru məktəbliləri sərgidəki əl işləri, rəsm əsərləri ilə tanış edərək qeyd etmişdi ki, sərgidəki rəsmlər rayonun kənd uşaqları tərəfindən Hacıqabul rayon Heydər Əliyev Mərkəzi və Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən “Zəfər yolu” adlı rəsm müsabiqəsinə göndərilən rəsmlərdir. Müsabiqə onlayn yolla Mərkəzin facebook səhifəsində keçirilir. Sonra A.İmanova məktəblilərə sərgidə yer alan, Yeni Azərbaycan Partiyası tərəfindən nəşr olunmuş və 44 günlük Vətən müharibəsinə həsr olunmuş “Zəfər səlnaməsi” və İlham Əliyevin “İnkişaf–Məqsədimizdir” adlı kitabları, Mərkəzin əməkdaşları tərəfindən “Mədəni-İrs” qəzetində dərc olunmuş və 44 günlük Vətən müharibəsi iştirakçılarına həsr olunmuş qəzet məqalələri haqqında məlumat vermişdir. Mərkəzin direktoru uşaqları Mərkəzdə keçirilən müsabiqələrdə fəal iştirak etməyə dəvət etmişdir.
Daha sonra dərs dəyirmi masa ətrafında davam etdirilmişdir. Azərbaycan Respublikasının Himni səsləndirildikdən sonra Mərkəzin direktoru Aytən İmanova giriş nitqi ilə çıxış edərək qeyd etmişdir ki, Azərbaycan xalqına Zəfər sevinci yaşatmış II Qarabağ müharibəsinin I ildönümü tamam olur. Bu müharibə Azərbaycanı bir daha dünyaya tanıtdırdı, uzaqgörən Siyasətçisi, mərd, vətənpərvər xalqı, ordumuzun, əsgərlərimizin qəhrəmanlığı ilə. Bu Qələbə 30 illik tariximizin ən parlaq səhifələrindən birinə çevrildi. Vətən uğrunda canlarından keçmiş Şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla anıldıqdan sonra “Əsrə bərabər 44 gün” adlı video-carxa tamaşa edilmişdir. Mərkəzin baş fond mühafizi Məhəmməd İsayev və 5 nömrəli məktəbin müəllimi Şəlalə Qəhrəmanova 44 günlük Vətən müharibəsi ilə bağlı geniş çıxış etmişlər. O cümlədən, M.İsayev şagirdləri müharibə iştirakçıları ilə bağlı materialların toplanması işində fəal iştiraka çağırmışdır.
Dərsdə iştirak edən bir neçə məktəbli də II Qarabağ müharibəsindən, igidlərimizin qəhrəmanlığından danışmışlar. Dərsin sonunda məktəblilərdən biri dastana dönmüş II Qarabağ müharibəsi Şəhidi Xudayar Yusifzadənin ifa etdiyi “Vətən nəğməsi” ni səsləndirmişdir.
Aytən İmanova,
Hacıqabul rayon Heydər Əliyev Mərkəzinin direktoru