Ağdaşda 2 şadlıq sarayının icarədarı və toy sahibləri cərimələnib
28-10-2021, 14:00
Oxunub: 896
Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən nəzarət-pofilaktik tədbirlər zamanı şəhər ərazisində yerləşən şadlıq saraylarında, eləcə də evlərdə keçirilən toy mərasimlərində karantin qaydalarının pozulması halları aşkarlanıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, yoxlamalar zamanı “Ümid” şadlıq sarayındakı toy mərasimində müəyyən edilən say həddindən artıq qonağın iştirak etdiyi, “Səma” şadlıq sarayında isə məlumatların “icaze.e-gov.az” portalında qeydiyyatdan keçirilmədiyi məlum olub. Aşkarlanmış qayda pozuntuları ilə bağlı obyektlərin icarədarları Sabir Məmmədov və Arif Nəsibov inzibati məsuliyyətə cəlb edilərək cərimələniblər.
Ağdaş rayonunun bir neçə kəndində və şəhər ərazisində evlərin həyətyanı sahələrində keçirilən 7 toy mərasimində isə hərəsində 150 nəfərdən artıq qonağın iştirak etdiyi müəyyən olunub. Karantin rejiminin tələblərini pozan həmin toyların sahibləri barəsində qanunvericiliyə uyğun müvafiq tədbir görülüb.





Çox Oxunanlar
- 8-06-2022, 14:00 : Ali Məhkəmə Qoca Səmədovun cəzasını azaltdı
Gündəm
- 2-06-2022, 14:30 : “Quru sərhədləri açılmalıdır, ancaq bu şərtlə ki,...” - Deputat
Müsahibə-Reportaj
- 10-06-2022, 17:26 : Milli qurtuluş günü sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür
Siyasət
- 8-06-2022, 16:30 : Bakıda bu çimərliklərdən istifadə etmək olmaz - Siyahı
Gündəm
- 6-06-2022, 16:02 : Kamaləddin Qafarov: “Bu sərgi neft-qaz sənayesi üzrə vacib beynəlxalq platformadır”
Siyasət
- 7-06-2022, 18:51 : Kamran Əliyev rayon prokurorlarına göstərişlər verdi
Gündəm
- 7-06-2022, 18:40 : Tərtərdə vətəndaşların müraciətlərinə həssaslıqla yanaşılır
Bölgə
- 7-06-2022, 17:37 : Bakıda qanunsuz parkinq salan Xalq artisti: “Nə istəyirsiniz məndən?”
Gündəm
- 8-06-2022, 16:13 : “Uşaqların doğulanadək cins seçiminə Yox deyək!” adlı maarifləndirici tədbir keçirilib
Sosial
- 3-06-2022, 17:31 : “Ayağımdan gələn iy heç sənin ən bahalı ətrindən gəlmir” - Pərvin
Şou-Biznes