BolgeXeber.Com » Bölgə » Eldar Əzizov Sumqayitda nəqliyyat biznesini ələ keçirir

Eldar Əzizov Sumqayitda nəqliyyat biznesini ələ keçirir

17-08-2013, 11:25
Oxunub: 4 746 İcra başçısı əlavə marşurut xətləri açmaq niyyətindədir
Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun nəqliyyat biznesinə olan marağı hər kəsə məlumdur. Bu günlərdə moderator.az saytını məlumatlandıran özəl mənbə icra başçısının yaxın günlərdə bu sektordakı payını artırmaq üçün ciddi layihələr həyata keçirəcəyini vurğulayıb:

“Sumqayıtdakı bəzi marşrutların E.Əzizova yaxın şəxslər tərəfindən idarə edildiyi və bu marşrutların sözün həqiqi mənasında toxunulmazlıq qazandığı heç kimə sirr deyil. Lakin ictimai nəqliyyatdakı payını artırmağa çalışan icra başçısı yaxın gələcəkdə bu istiqamətdə daha əhəmiyyətli addımlar atmağı planlaşdırır. Bu baxımdan E.Əzizov Sumqayıt və Sumqayıt ətrafı əraziləri əhatə edən yeni marşrut xətləri açmaq niyyətindədir. Artıq icra başçısının bu istiqamətdə Nəqliyyat Nazirliyi ilə danışıqlar apardığı ehtimal olunur. İcra başçısı hesab edir ki, açılacaq yeni xətlərə “xüsusi qayğı” göstərməklə qismən də olsa eyni xətt üzrə fəaliyyət göstərən marşrutların mövqeyini zəiflədəcək və tədricən onu Sumqayıtdakı nəqliyyat sektorunda əsas söz sahibinə çevirəcəkdir”.