Gədəbəydə müxalifətçi “ovu” başlandı
17-08-2013, 17:05
Oxunub: 4 824
KXCP-nin meşədə mitinq keçirmək istəyinə İcra Hakimiyyəti cavab vermir
Avqustun 15-də Klassik Xalq Cəbhəsi Partiyasının Gədəbəy rayon təşkilatı rayon icra hakimiyyətinə məktubla müraciət edib. Təşkilat sədri Ceyhun Səfərovun imzaladığı məktubla İcra Hakimiyyətindən Milli Şuranın avqustun 18-nə təyin etdiyi mitinqə dəstək üçün rayonda 500 nəfərin toplaşması üçün müvafiq məkan ayrılması xahiş olunub. Bu haqda məlumat verən rayon sakini Əli Abdullayev bildirib ki, müraciətdən bir gün sonra C.Səfərov polis tərəfindən saxlanılıb: “Ceyhun Səfərovu “Vüsal” şadlıq evində toyda iştirak etdiyi vaxt polislər çölə çağırıb və özləri ilə aparıblar. Onu Rayon Polis Şöbəsinin istintaq təcridxanasında saxlayırlar. 3 polis raport yazıb ki, güya Ceyhun Səfərov küçədə asayişi pozub, səs-küy salıb. İcra nümayəndəsi və bələdiyyə sədri də şahid kimi onun üzünə dayanıblar. Bu gün (avqustun 17-də - E.M) Gədəbəy Rayon Məhkəməsində qapalı şəraitdə keçən prosesdə Ceyhun Səfərova 15 sutka həbs cəzası verildi. Onunla görüş vermirlər, apardığımız yeməkləri də götürmürlər”.
Ə.Abdullayev Rayon İcra Hakimiyyətindən onların məktubuna cavab verilmədiyini də söylədi: “Mitinq üçün yer ayrılması haqda məktuba 48 saat ərzində cavab verilməli idi. Lakin cavab vermirlər. Biz məktubda İcra Hakimiyyətindən mitinq keçirmək üçün bizə hansısa konkret bir ünvanı ayırmasını şərt kimi qoymadıq. Yazdıq ki, istəyirsiniz lap meşədə yer ayırın, biz gedib orada mitinqimizi keçirək. Lakin bunlar bizə cavab vermirlər. Üstəlik məktubu imzalayan Ceyhun Səfərovu da şərləyib həbs etdilər”.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər