Salyanlılar iş adamı Qurban Abbasovdan prezidentə şikayət edirlər
19-08-2013, 15:25
Oxunub: 7 109
Redaksiyamıza Salyan rayonu Qarabağlı kəndinin bir qrupp sakini Azərbaycan Respublikasının prezidentinə şikayət ərizəsi ünvanlanıb. Kənd sakinləri həmçinin həmin məktubun surətini redaksiyaya ünvanlayıblar.
Həmin məktubu olduğu kimi təqdim edirik:
“Çox hərmətli möhtərəm prezidentimiz!
Biz Qarabağlı kənd sakini imzamızla təsdiq etdiyimiz ərizəni ünvanınıza göndəririk. Yazıb sizdən xahiş edirik ki, üzləşdiyimiz problemin həllində bizə köməkliyinizi göstərəsiniz.
Salyan rayonunun Qarabağlı kəndində yaşayan iri sahibkar Qurban Abbasov yerli sakinklərin haqqını tapdayır. Q. Abbasovun qanunsuz hərəkətləri, cinayətləri o qədər çoxdur ki, bu cinayətlərin hansından başlamağa çətinlik çəkirik. Ona məxsus çoxlu sayda şirkət, firma və digər müxtəlif təyinatlı ticarət obyektləri vardır. Onlardan “İlkin N”, “XXI-əsr”, “CSM Nix”, ”Sevinc 96”, “Nigar LTD”, “Halal İnşaat MMC”, “A+B OİL Servis”-i göstərə bilərəm ki, bunların da illik maliyyə dövriyyəsi təqribən 30-50 milyon manata bərabər olduğu halda Q.Abbasov çox cüzi məbləğdə vergi ödəyərək ölkəmizin iqtisadiyyatına maddi ziyan vurmaqla dövləti xüsusi ustalıqla aldadır. Buna görə də sizdən xahiş edirik ki, göstərilən özəl müəssisələrdə vergi qanunçuluğuna riayət etmə fəaliyyətləri yarandığı gündən bu günədək dəqiq yoxlanılsın.
Yuxarıda adları çəkilən şirkət və firmalarda faktiki olaraq 800 nəfərdən çox işçi çalışdığı halda Q.Abasov bu şirkətlər üçün verdiyi hesabatlarında ümumilikdə 100-150 nəfər işçinin çalışdığını göstərir.
Buda öz növbəsində dövlət büdcəsinə küllü miqdarda ziyan vurmaqla bərabər burada çalışanların gələcək pensiya təminatını təhlükə altına alır ki, nəticədə işləyənləri dövlətdən narazı salır.
Sizə bildiririk ki, Q.Abasov qanunsuz yolla daha doğrusu rüşvətlə:
1. Salyan rayonunun Qarabağlı kəndində 90 ha,
2. Kərimbəyli kəndində 60 ha,
3. Təzəkənd kəndində 120 ha,
4. Əhali arasında 5-ci şöbə adlanan ərazidə 250 ha,
5. Qırxçıraq kəndində 120 ha ümumilikdə 550 ha kənd əhalisinin örüş-otlaq sahələri üçün nəzərdə tutulan əraziləri özəlləşdirərək təyinatını dəyişdirmiş və öz mülkiyətinə çevirmişdir.
Nəticədə Qarabağlı, Kərimbəyli, Təzəkənd və digər ərazilərdə yaşayan kənd əhalisinin heyvandarlıqla məşğul olması və inkişaf etdirməsi üçün ciddi maneə yaratmışdır. Belə ki, Q.Abasov bu torpaqların təyinatını dəyişərək balıq gölləri yaratmış və bu ərazilərdəki torpaqların yararsız hala düşməsinə səbəb olmuşdur.
Təzəkənd kəndli ərazisindəki yuxarıda göstərilən 120 ha bənd arası torpaq sahəsini əkin sahəsi kimi istifadə etmək üçün Kür çayının son daşqınlarından sonra, əhaliyə dəyən ziyanların qarşısını almaq üçün sizin şəxsi təşəbbüsünüzlə yeni inşa olunmuş bəndin zəifləməsinə gətirib çıxarmışdır. Q. Abasov tərəfindən qanunsuz yolla əldə olunmuş əmlaka əlavə olaraq:
6. Salyan rayonu Qarabağlı kəndındə əvvəllər Neft şirkətinə məxsus sahəsi 5000 m2 olan qeyri-qanuni özəlləşdirilmiş tikili.
7. Qarabağlı kəndində əvvəllər pambıq qəbulu məntəqəsi olmuş 5 ha qaraj kimi istifadə olunan ərazi.
8. Qarabağlı kəndində əvvəllər kolxoza məxsus kənd təsərrüfatı məhsulları anbarı olmuş sahəsi 6000 m2-dən çox olan tikili və sonradan qeyri-qanuni inşa olunmuş tikililər.
9. Qarabağlı kəndində çörək zavodu.
10. Qarabağlı kəndində ticarət mərkəzi.
11. Şirvan şəhərində ümumilikdə sahəsi 6-ha artıq ola Qarasu neft şirkətinin yaxınlığında qaraj və tikililər.
12. Salyan rayon mərkəzində mərkəzi bazar.
13. Salyan rayon mərkəzində beton zavodu.
14. Qaradağ rayon beton zavodu.
15. Lənkəran rayonunda istirahət kompleksi.
16. Biləsuvar rayonunda beton zavodu və s. aid etmək olar.
Q. Abasova məxsus 250-dən artıq xüsusi texnikalar, avtomobillər külli miqdarda vergidən yayınmaq məqsədi ilə ayrı-ayrı şəxslərin adına rəsmiləşdirilmişdir. Onun gördüyü işlərdən ən dəhşətlisi kənd içərisində ona məxsus anbarlarda , sifarişçi “Salyan OİL” Neft şirkətinə məxsus, əhalinin sağlamlığına və ətraf mühütün ekoloji tarazlığına ziyan vuran zəhərli kimyəvi maddələrin saxlanılmasıdır.
Şəxsən ona və digər yuxarı instansiyalara dəfələrlə müraciət olunmasına baxmayaraq bu məsələ öz həllini tapmamışdır. Q. Abasovun dövlət büdcəsinə vurduğu milyonlarla ziyanın yalnız bir tərəfidir. İş artıq o dərəcəyə gəlib çatmışdır ki, Q. Abasov dövlət siyasətinin əksinə olaraq rayon İcra Hakimiyyəti Başçılarını hesaba almır, özünə lazım olan kadrları, bir sıra xarici ölkələrdə mafioz qrupların rəhbəri kimi istədiyi vəzifələrə yerləşdirir.
Buna misal olaraq bu ilin aprel ayının əvvəllərində kilometrlərlə dövlətə məxsus 530mm-lik boruları oğurlayıb satdığı üçün Salyan Polis şöbəsi tərəfindən müvəqqəti saxlama kamerasına salınan, dörd oğlu müxtəlif bəhanələrlə, fərarilik edərək orduda xidmətdən yayınan, bir oğlu narkotik maddələrin alveri ilə məşğul olduğu üçün hal-hazırda həbsdə olan, Q. Abasovun Qarabağlı kəndində törətdiyi qanunsuzluqları ört-basdır etmək üçün onun tərəfindən vəzifəyə gətirilmiş, Qarabağlı kənd sakini, onun kürəkəni və yaxın qohumu Qarabağlı kənd İnzibati Ərazi Nümayəndəsi İlham Muradovu göstərmək olar».
Yazıda adları çəkilən bütün tərəflərin mövqeyini işıqlandırmağa hazırıq…
pia.az
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər