BolgeXeber.Com » Bölgə » Bərdədə YAP-ın yaradılmasının 29-cu ildönümünə həsr edilmiş təntənəli bayram tədbiri keçirilib
Bərdədə YAP-ın yaradılmasının 29-cu ildönümünə həsr edilmiş təntənəli bayram tədbiri keçirilib
22-11-2021, 14:41
Oxunub: 4 952
Bu gün Yeni Azərbaycan Partiyasının yaradılmasının 29-cu ildönümü münasibətilə YAP Bərdə rayon təşkilatı “Yeni Azərbaycan Partiyası xalqın siyasi bayraqdarıdır!” adlı Qarabağ müharibəsi şəhid ailələri və qazilərlə birlikdə təntənəli bayram tədbiri keçirmişdir.
Tədbir iştirakçıları öncə xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsini və Vətən müharibəsi şəhidlərinin məzarılarını ziyarət etmiş, önünə tər güllər düzərək onların xatirəsinə ehtiramlarını bildirmişlər.
Şəhər 5 nömrəli tam orta məktəbin şagirdlərinin tarixi Qələbəmizə həsr olunmuş əl işlərindən ibarət sərgiyə baxış keçirilmişdir.
Tədbirdə Yeni Azərbaycan Partiyasının qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, Dövlət Himni səsləndirilmişdir.
Tədbirdə YAP rayon təşkilatının sədri Fəqət Şadlinskaya məruzə ilə çıxış etmiş, Yeni Azərbaycan Partiyasının keçdiyi şərəfli yoldan, qazandığı uğurlardan və Vətən müharibəsində torpaqlarımızın işğaldan azad edilərək qazanılan qələbədən danışmışdır.
Bildirmişdir ki, ulu öndər Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyası bu gün cənab Ilham Əliyevin rəhbərliyi ilə əsl xalq partiyasına çevrilmiş, Cənubi Qafqaz bölgəsinin ən güclü siyasi qüvvəsi kimi özünü təsdiq etmişdir.
Tədbirdə digər çıxış edənlər rayon İcra Hakimiyyəti başçısının birinci müavini Vahid Qarayev, YAP rayon təşkilatının ilk üzvlərindən biri, rayon Ağsaqqallar Şurasının sədri Yaşar Zamanov, “Qarabağ” ordenli, Vətən müharibəsi qazisi Dursun Manaflı, Vətən müharibəsindən sonra YAP-a üzv olmaq üçün müraciət etmiş şəhid ailələri adından Vətən müharibəsinin şəhidi Qəribzadə Fəxrinin bacısı Türkanə Qəribova partiyanın ideologiyasından, xalqa xidmətindən, bağlılığından söz açmışlar.
YAP rayon təşkilatı tərəfindən Vətən müharibəsində arxa cəbhədə fədakarlıq göstərmiş bir qrup partiya fəalı fəxri fərmanla mükafatlandırılmışlar.
Bayram tədbiri şəhər 5 saylı tam orta məktəbin akt zalında çay stolu ətrafında Bərdə Regional Mədəniyyət İdarəsinin hazırladığı konsert proqramı ilə, partiyanın yaradıcısı ulu öndər Heydər Əliyevə, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə, Yeni Azərbaycan Partiyasına və Qarabağa həsr edilmiş mahnılar və şəhər 3 nömrəli tam orta məktəbin şagirdlərinin hazırladığı kompozisiya ilə davam etmişdir.
Tədbirdən sonra partiya fəalları YAP-ın yaradılmasının 29-cu ildönümü münasibəti ilə ağacəkmə kompaniyası keçirmişlər.













Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər