Qubada jurnalist girov götürüldü - Video
20-08-2013, 11:45
Oxunub: 5 358
Quba və Xaçmaz rayonlarında qanunsuz işləyən 40-a yaxın ağac emalı sexləri fəaliyyət göstərir.
Xəzər TV və İnteraz televiziyasının əməkdaşları bununla bağlı reportaj hazırlamaq istəyiblər. Sexlərdə istifadə olunan ağacların haradan alınmasını araşdırmaq üçün həmin sexlərin bir neçəsində olublar. Amma qızğın iş gedən ilk baş çəkdikləri müəssisədə sualları cavablandıran olmyıb. Qubanın Alpan kəndindəki yeşik sexində rəhbərlik “iş başında” olsa da, müsahibə əvəzinə jurnalistlərə rüşvət təklif etdi.
Ən maraqlı hadisə Qubanın Zərdabi kəndindəki sexdə baş verib. Sexin gözətçisi əraziyə daxil olan kimi jurnalistləri girov götürərək qapıları bağlayıb. Sonra isə operatora hücum edərək hətta kameranı sındırmağa belə cəhd edib.
Nəhayət Xaçmaz rayonun fəaliyyət göstərən sexlərin birində suala cavab verən olub. Sexin Elvin adlı işçisi ağacların meşədən gətirildiyini bildirib.
ETSN-nin Xaçmazdakı 5 saylı ərazi idarəsindən həmin ağacların haradan gətirilməsi barədə məlumatsız olduqları bildirilib. Əlavə edilib ki, bununla bağlı həmin ağac sexlərində yoxlamalara başlanılacaq.
qafqazinfo
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər