Oliqarxların Şamaxı savaşı
22-08-2013, 09:40
Oxunub: 4 883
Deputat icra başçısını niyə «vurdu»?
Şamaxıdan deputat seçilən Elxan Süleymanov rayonda xeyli sayda problemlərin olduğunu bildirib: “Mərzəndiyə, Dəmirçi, Qəleybuğurd, Qaladərəsi və digər kəndlərin gərgin yol problemi var. Ancaq yuxarı dağ kəndlərində, ümumiyyətlə payızda bütün əlaqələr kəsilir. Bu may ayına qədər belə davam edir. Eyni zamanda Ərçiman kəndinin yanında nəhəng çay var. Onun üstündə körpü yoxdur.
Şamaxının demək olar ki, bütün kəndlərində su problemi var. Bunları həll etmək lazımdır. Elektrik dirəkləri 1948-54-cü illərdə çəkilmiş dirəklərdir ki, onların hamısı sınıq-sökükdür. Şamaxıda əhalinin bir hissəsi üzümçülüklə məşğuldur. Insanların şikayəti işsizliklə bağlı olur.
Yol, su, işıq, işsizlik həyatın əsas problemləridir. Mirzə Ələkbər Sabirin 150 illik yubileyi münasibəti ilə 6 kəndə su çəkdirmişəm. Cabanı, Göylər, Meysəri, Adnalı, Bağırlı kəndində su var. Məlhəm və Sabirli kəndində də bu proseslər gedir. Xırda problemləri bacardığım qədər həll etməyə çalışıram. Ancaq qlobal problemlərin hamısını icra strukturları etməlidir. Onlara yazılan məktublara isə cavab verilmir. Elektrik problemi ilə bağlı deputat olduğum vaxtdan etibarən dəfələrlə müraciət etməyimə baxmayaraq, məktublarımın hamısı cavabsız qalıb"(modern.az).
Deputatın problemlərdən danışması əlbəttə ki, yaxşı haldır. Lakin Azərbaycan reallığında iqtidaryönlü deputatın belə çıxışlar etməsinə çox az hallarda rast gəlinir. Bunun da özəl səbəbləri olur. Elxan Süleymanovla belədir. Məsələ burasındadır ki, o, fövqəladə hallar naziri Kəmaləddin Heydərova yaxın şəxsdir. Şamaxı isə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti (ARDNŞ) Rövnəq Abdullayevin nəzarətindədir. Rayonun icra başçısı Asif Ağayev ARDNŞ prezidentinə yaxındır. Rövnəq Abdullayevlə Kəmaləddin Heydərov arasındakı ziddiyyətlər təbii olaraq onların ətrafına da təsir edib. Asif Ağayev Elxan Süleymanovla hesablaşmır. Bəzi məlumatlara görə, deputat hətta rayonda keçirilən tədbirlərə belə dəvət olunmur.
Asif Ağayevdən əvvəlki icra başçısı Asif Məmmədovun da dövründə belə olub. Çünki o da Rövnəq Abdullayevə yaxın şəxsdir. Beləliklə əslində Elxan Süleymanovun problemlərdən danışması qruplararası ziddiyyətlərin təzahürüdür. Rövnəq Abdullayevin kadrlarını “vurmaq” Kəmaləddin Heydərova həm də Şamaxının nəzarətə götürmək üçün lazımdır. Amma hər bir halda Elxan Süleymanov yalan danışmır. Onun fikirləri həqiqəti əks etdirir. Nəinki Şamaxı, Azərbaycanın bütün bölgələri sosial problemlər məngəsindədir.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər