BolgeXeber.Com » Bölgə » Tərtər rayon Nümayəndəliyində “Şərq Poeziyasının Xəmsə Zirvəsi” adlı layihənin yekun tədbiri keçirilmişdir

Tərtər rayon Nümayəndəliyində “Şərq Poeziyasının Xəmsə Zirvəsi” adlı layihənin yekun tədbiri keçirilmişdir

13-12-2021, 18:44
Oxunub: 3 104 Bərdə Regional Mədəniyyət İdarəsi Tərtər rayon mədəniyyət müəssisələrində Azərbaycan Respublikası Prezidentinin ölkəmizdə 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında verdiyi Sərəncamın icrası ilə əlaqədar silsilə tədbirlər keçirilmişdir.
Tərtər rayon Mədəniyyət Mərkəzində həyat keçirilən “Şərq Poeziyasının Xəmsə Zirvəsi” adlı layihənin yekun tədbiri keçirilmişdir.
Tədbirdə çıxış edənlər cari ilin “Nizami Gəncəvi ili” elan edilməsini, Azərbaycançılığa, onun tarixinə və mədəniyyətinə olan ehtiramın təzahürü olduğunu qeyd ediblər. Bildirilib ki, milli-mənəvi dəyərlərə hörmət ulu öndər Heydər Əliyevin apardığı siyasətin mühüm tərkib hissələrindən idi. Məhz Ümummilli Lider hakimiyyətdə olduğu dövrdə Azərbaycan mədəniyyətinə, milli-mənəvi dəyərlərə hər zaman xüsusi diqqət yetirilib və bu siyasətin məntiqi davamıdır ki, bu gün ölkə üzrə mütəfəkkir şairimizin irsini təbliğ edən silsilə tədbirlər keçirilir.
Vurğulanıb ki, Heydər Əliyevlə başlanan ənənələr Ulu Öndərimizin özü qədər inandığı və gələcəyinə böyük ümidlər bəslədiyi Prezident İlham Əliyev tərəfindən bu gün uğurla davam etdirilir. 2021-ci ilin “Nizami Gəncəvi ili”, işğaldan azad olunmuş Şuşanın isə Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi və dövlətimizin başçısının çıxışlarında milli-mənəvi dəyərlərimizə xüsusi diqqət yetirməsi Heydər Əliyev siyasətinin uğurlu davamının göstəricisidir.
Tədbirin bədii hissəsi Mədəniyyət Mərkəzinin bədii heyəti tərəfindən Nizami Gəncəvinin əsərlərindən hazırlanmış ədəbi-bədii kompozisiyalar, şairin əsərlərinə yazılmış muğam və musiqili kompozisiyalar ilə davam etmişdir.
Sonda il ərzində silsilə tədbirlər çərçivəsində fəal və məzmunlu iştirak etmiş Mədəniyyət Mərkəzinin kənd filiallarının dərnək üzvləri Fəxri Fərmanla təltif olunmuşdur